Bakalavrların nəzərinə! | Təhsil Elanları
Bakalavrların nəzərinə!
Bölmə:Tələbə qəbulu 785 dəfə oxunub
12.03.2015

İkinci sınaq imtahanına yazılış vaxtı müəyyən olunub

TQDK tərəfindən abituriyentlər üçün ikinci sınaq imtahanı aprelin 12-də keçiriləcək. Həmin imtahanda iştirak etmək üçün qeydiyyatın martın 17-dən etibarən aparılması nəzərdə tutulur.

Qeyd edək ki, sınaq imtahanlarına yazılış yalnız internet vasitəsilə şəxsiyyət vəsiqəsindən və TQDK-nın ödəmə kartından istifadə olunmaqla aparılır. Ödəmə kartını internet ödəmə vasitəsilə və ya bütün mobil operatorlardan 7735 nömrəsinə boş sms göndərməklə əldə etmək olar.