Təhsil Nazirliyində KÖNÜLLÜ işləmək imkanı! | Təhsil Elanları
Təhsil Nazirliyində KÖNÜLLÜ işləmək imkanı!
Bölmə:Təhsil Nazirliyi 13024 dəfə oxunub
14.05.2016

May ayının sonunda VI sinif məktəbliləri arasında Azərbaycan dili və Riyaziyyat fənləri üzrə ümumi test imtahanı keçiriləcək. İmtahanların təşkili zamanı Təhsil Könüllüləri də iştirak edəcəklər.

Bugün məktəblərdə İmtahan Rəhbəri olacaq Təhsil Könüllülərinin bir qrupu ilə ilk məlumatlandırma görüşü keçirildi. Namiq müəllim Təhsil Könüllülərinə görəcəkləri işlər haqqında məlumat verdi.

İmtahanların təşkili zamanı Təhsil Könüllülərinə qoşularaq məktəblərdə bu faydalı işin bir parçası olmaq istəyirsinizsə aşağıdakı ərizə formasını doldurun.

Təhsil prosesini sevən, məktəb, müəllim və şagirdlərlə işləməkdən zövq alan, problem yaratmaq yox, həll etməyə meylli olan və ən əsası KÖNLÜ olan tələbələri bizə qoşulmağa dəvət edirik.

Ərizə forması :https://docs.google.com/forms/d/106jIknNwk_VsCfgpKhHiowrd-kwraxibS8Y_kmCb98Q/viewform?c=0&w=1