UNEC İnsan Resurslarının İdarəedilməsi (HRM) mini-MBA təlimlərinə start verir | Təhsil Elanları
UNEC İnsan Resurslarının İdarəedilməsi (HRM) mini-MBA təlimlərinə start verir
Bölmə:Təlimlər / Trainings 171 dəfə oxunub
06.02.2024

UNEC Ömürboyu Təhsil Mərkəzi İnsan Resurslarının İdarəedilməsi (HRM) mini-MBA sertifikatlı təlim proqramına start verir.

Proqramın tədrisi ölkənin HR sahəsi üzrə təcrübəli mütəxəssisləri tərəfindən həyata keçiriləcək. Tədris prosesi müasir kompüter proqramlarından (simulyasiya, bu sahədə İT proqramları) istifadə etməklə, innovativ pedaqoji fəaliyyətlər (problemli təlim, layihə üsulu, tədrisə refleksiv yanaşma) əsasında aparılacaq.

Mini-MBA proqramı HR idarəedilməsi sahəsində çalışanların idarəetmə bacarıqlarını inkisaf etdirmək məqsədi daşıyır və bu istiqamətdə xüsusi təcrübələrə uyğunlasdırılıb.

Mini-MBA proqramında iştirak etmək üçün son qeydiyyat tarixi: 29 Fevral, 2024-cü il.

Dərslər mart ayının 1-dən başlayacaq.

PROQRAMDAN ƏLDƏ EDƏCƏKSİNİZ:

  • Ən qısa müddətdə HRM bütün idarəetmə sistemini öyrənmək
  • HRM-də beynəlxalq təcrübə
  • Networking
  • UNEC mini- MBA sertifikatı
  • Mütəxəssislər tərəfindən hazırlanmış dərs materialı əsasında tədris

PROQRAMIN TƏSVİRİ:

  • Proqramın müddəti 6 aydır.
  • 5 moduldan ibarətdir.
  • Hər modul bir ay və ya 1,5 aylıq dövrü əhatə edir.
  • Proqramın ümumi həcmi 110 saatdır.

 PROQRAMIN TƏLİMÇİLƏRİ:

  • Afaq Hüseyn - UNEC-in dosenti.
  • Rafiq Qasımov - UNEC-in Rəqəmsallaşma üzrə prorektoru.
  • Nərgiz Seyidzadə - Mazarina Holding idarə heyətinin üzvü, AİRA sədr müavini.
  • Tural Məmmədov - Azərbaycan İnsan Resursları Assosiasiyasının (AİRA) həmtəsisçi, İdarə Heyətinin üzvü.
  • Sevda Məmmədova - (ASCO) Azərbaycan Xəzər Dəniz gəmiçiliyi QSC-nin HR departamentinin rəisi.
  • Seymur Alıyev - DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini.
  • Anar Mirzəyev - “Rabitəbank” OJSC- İnsan resursları departamentinin direktoru.
  • Təranə Qurbanova - Baker Tilly Audit Azerbaijan CJSC- HR direktoru.
  • Kamil Baxşəliyev - 1 saylı Bakı “ASAN xidmət” mərkəzi- Direktor
  • Mübariz Şahbazlı - Azerconnect- Təşkilati İnkişaf Qrupunun Rəhbəri.
  • Saleh Həsənov - Mazarina LLC- İnsan resursları departamentinin rəhbəri.

Əlaqə vasitələri:

E-mailhrm.minimba@unec.edu.az

Əlaqə nömrəsi (Whatsapp): 055 561 00 67