DQMK yeni müsahibə elan etdi | Təhsil Elanları
DQMK yeni müsahibə elan etdi
Bölmə:Dövlət qulluğu 2009 dəfə oxunub
12.02.2015

Tehsil.im Komissiyanın rəsmi internet saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı müsahibə ELAN EDİR:

Müsahibədə inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın dövlət qulluqçuları iştirak edə bilərlər. Müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

  • ərizənin surəti
  • əmək kitabçasının surəti
  • ali təhsil haqqında diplomun surəti(xarici dövlətlərin ali təhsil müəssisələrində təhsil almış şəxslərin ali təhsil haqqında sənədinin və həmin sənədin qanunvericiliyə uyğun olaraq təsdiq edilməsi haqqında müvafiq şəhadətnamənin surəti ilə birlikdə) və ya müvafiq ixtisas üzrə yenidənhazırlanma keçmə haqqında müvafiq sənədin surəti(ali təhsil haqqında sənədin surəti ilə birlikdə)
  • kadr uçotunun şəxsi vərəqəsinin surəti (bütün bölmələr üzrə məlumatlar tam olmalı və hazırki dövrü əks etdirməlidir)
  • bir ədəd ağ rəngli foto şəkil
  • son bir ildə intizam tənbehi tədbirinin tətbiq edilməməsi barədə arayış

Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu 29 yanvar 2015-ci il tarixdən 13 fevral 2015-ci il tarixdə saat 18:00-dək Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada aparılır. Ərizələr şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 13:00-dək və 14:00 dan 18:00-dək), yaxud poçt vasitəsilə təqdim edilə bilər.

Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, attestasiyanın nəticələri, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır.

Müsahibəyə dair ətraflı məlumat almaq üçün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya müraciət edilə bilər.

Telefonlar: (012) 465-87-93/94/97

1. Struktur bölmə: İnsan resurslarının idarə edilməsi və dövlət qulluğuna kadrların seçilməsi şöbəsi, İnsan resurslarının idarə edilməsi sektoru

Vakant vəzifə: baş məsləhətçi

İş yerinin ünvanı: Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi, 874-cü məhəllə

İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat

Qulluq funksiyaları:

 

  • insan resurslarının idarəedilməsi sahəsində vahid dövlət siyasətinin formalaşmasına və bu siyasətin həyata keçirilməsinə dair təkliflərin hazırlanması;
  • sahə üzrə fəaliyyətin metodiki və normativ-hüquqi təminatının təkmilləşdirilməsinə dair təkliflərin verilməsi;
  • dövlət orqanlarına metodiki yardımın göstərilməsi və onların istiqamətləndirilməsi;
  • dövlət qulluğunda insan kapitalı və insan potensialının artırılması ilə bağlı nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi;
  • dövlət qulluğunda insan resurslarının idarəedilməsi problemlərinə dair tədqiqatların aparılmasında iştirak edilməsi, təhlillər və araşdırmaların aparılması;
  • dövlət qulluğunda insan resurslarının idarəedilməsi və inkişafı, habelə dövlət orqanlarının kadr potensialının optimallaşdırılması ilə bağlı təkliflərin hazırlanmasında iştirak edilməsi;
  • dövlət qulluğunun təkmilləşdirilməsi, insan resurslarının idarəedilməsinə dair strategiya, proqram və digər sənədlərin hazırlanmasında və həyata keçirilməsində iştirak edilməsi;
  • insan resurslarının idarəedilməsi sahəsində öyrənilmiş beynəlxalq təcrübənin tətbiqi ilə əlaqədar təkliflərin hazırlanması;
  • təlim tələbatlarının müəyyənləşdirilməsi və dövlət qulluqçuları üçün təlimlərin keçirilməsi;
  • dövlət Qulluqçuları Reyestrinin aparılmasının və inkişaf etdirilməsinin təmin edilməsi və s.

 

Vəzifənin tutulması şərtləri:

Təhsil: hüquqşünaslıq, beynəlxalq hüquq, beynəlxalq münasibətlər, psixologiya, tarix, politologiya, fəlsəfə, jurnalistika, sosiologiya, dilşünaslıq, filologiya, regionşünaslıq və iqtisadiyyat və idarəetmə ixtisas istiqamətləri üzrə ali təhsil;

İş stajı: idarəetmə sahəsində azı 2 il iş stajı;

Kompyuter: MS Windows, MS Office, Internet və s. (yüksək səviyyədə);

Xarici dil: rus dili (orta səviyyədə), ingilis dili (orta səviyyədə)