Məktəbəhazırlıq qruplarında məşğələlərə start verilib | Təhsil Elanları
Məktəbəhazırlıq qruplarında məşğələlərə start verilib
Bölmə:Xəbərlər 116 dəfə oxunub
02.10.2023

Oktyabrın 2-dən 2023–2024-cü tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında tədris prosesinə start verilib. 


Məktəbəhazırlıq qruplarının məqsədi beşyaşlı uşaqların məktəbə hazırlıq mərhələsində inkişafı, tərbiyəsi və təhsili prosesini təşkil etməkdir.


Məktəbəhazırlıq qruplarında həftə ərzində 12 məşğələ təşkil olunur. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə isə 10 dəqiqə müəyyən edilir.
 

Qeyd edək ki, məktəbəhazırlıq qruplarına 5 yaşı 2023-cü ildə tamam olan uşaqlar qəbul edilirlər.