Təhsildə Yeni Çağırışlar IV Beynəlxalq Forumu keçiriləcək | Təhsil Elanları
Təhsildə Yeni Çağırışlar IV Beynəlxalq Forumu keçiriləcək
Bölmə:Xəbərlər 123 dəfə oxunub
06.09.2023

Oktyabrın 5-də Təhsildə Yeni Çağırışlar IV Beynəlxalq Forumu təşkil ediləcək.

Forum Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondu, “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platforması, Təhsil İnstitutu və Azərbaycan Dövlət Pedaqoji Universitetinin təşkilatçılığı, eləcə də Təhsil TV, “Azərbaycan müəllimi” qəzeti və “Azərbaycan məktəbi” jurnalının media dəstəyi ilə hibrid formatda keçiriləcək. 

Forumun məqsədi təhsildə yeni çağırışları müzakirə etmək, yeni dövrün təhsil tələblərini nəzərdən keçirərək keyfiyyətin daha da yüksəldilməsinə nail olmaqdır.

“Daha təhsilli gələcək” devizi ilə keçiriləcək forum effektiv öyrənmə mühiti, yeni dövrdə öyrənmə mədəniyyəti və oxu savadlılığı mövzularını əhatə edəcək.

Forumda İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının baş katibinin təhsil siyasəti üzrə xüsusi müşaviri, təhsil və bacarıqlar üzrə direktoru Andreas Şleyxer, Maya Məktəblər Şəbəkəsinin qurucusu, Türkiyənin sabiq milli təhsil naziri Ziya Selçuk, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin akademik direktoru Turan Zəkəriyəyeva, “BP Azerbaijan” şirkətinin Xəzər regionunda xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Harvard Universitetinin professoru və Qlobal Təhsil İnnovasiyaları Təşəbbüsünün direktoru Fernando Reimers, yazıçı, psixoloq Azra Kohen çıxış edəcəklər.  

Forumda yalnız onlayn iştirak mümkündür. İştirak ödənişsizdir. Qeydiyyatdan keçən şəxslərə link göndəriləcək. 

Müvafiq linkə keçid etməklə qeydiyyatdan keçə bilərsiniz: https://forms.gle/eXDG5VCrUz9tATST6