BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı təlimlərə başlayır! | Təhsil Elanları
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı təlimlərə başlayır!
Bölmə:Təlimlər / Trainings 917 dəfə oxunub
15.06.2019

Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı təlimlərə başlayır!

Vətəndaş cəmiyyəti nümayəndələri və hüquqşünaslar üçün keçiriləcək təlimlər BMT-nin insan hüquqları sistemi və müəssisələri, eləcə də onların insan hüquqlarına dair iştirak mexanizmlərində rolu barədədir. 

Təlimlərdə iştirakçılar aşağıdakı vəsaitlərlə təmin olunacaq:
• BMT-nin xüsusi orqanları və mandatlarının, eləcə də BMT-nin müqavilə orqanlarının yekun qeydlərinin xülasəsi;
• Milli tərəfdaşların BMT-nin İnsan Hüquqları mexanizmlərində iştirak yollarının xülasəsi;
• Azərbaycanın sahə üzrə ən son dövri hesabatlarına baxışların keçirilməsindən sonra qəbul edilmiş Yekun Qeydlər;
• Müqavilə orqanlarının qəbul etdiyi Ümumi Şərhlər və Ümumi Tövsiyələrdən ibarət vəsaitlər toplusu

Ödənişsiz təlimlərdə iştirak etmək istəyənlər tərcümeyi-hallarını (CV) raliyev@ohchr.org elektron poçt ünvanına göndərməlidir.

Müraciət üçün son tarix tarix: 1 iyul