Global Volunteer ilə xaricdə təcrübə qazan | Təhsil Elanları
Global Volunteer ilə xaricdə təcrübə qazan
Bölmə:Təlimlər / Trainings 586 dəfə oxunub
07.04.2019

Əziz Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbələri !

Global Volunteer indi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında görüşünüzə gəlir!

Əgər sizdə xaricdə praktiki iş təcrübəsi qazanmaq ,müxtəlif ölkələrdən olan insanlarla görüşmək,yeni mədəniyyətlərlə tanış olmaq və müxtəlif ölkələri kəşf etmək istəyirsənizsə, o zaman bu infosessiyanı qaçırmayın!

Global Volunteer proqramı sizə seçdiyiniz ölkədə təcrübə qazanarkən müxtəlif ölkələrdən olan insanlarla görüşmək, yeni mədəniyyətləri araşdırmaq imkanı verir. Bu proqram vasitəsi ilə siz 6-12 həftəlik Dayanıqlı İnkişaf Məqsədləri üzərində qurulan layihələrə qatılaraq özünüzü inkişaf etdirəcəksiniz, təcrübə qazanacaqsınız və sonda beynəlxalq dərəcəli 2 sertifikatla təmin olunacaqsınız.

Siz də bu yay Xaricdə könüllü olmaq və proqram haqqında daha ətraflı məlumat almaq istəyirsinizsə,hər birinizi 12aprel 13:30-da Azərbaycan dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasınn Karyera Mərkəzinin dəstəyi ilə akt zalında keçiriləcək infosesiyyamızda gözləyirik!
İştirakınızı təsdiqləmək üçün zəhmət olmasa qeydiyyatdan keçin:
http://bit.ly/GlobalVolunteerAze4