Bakı Mühəndislik Universitetində təlim - ÖDƏNİŞSİZ | Təhsil Elanları
Bakı Mühəndislik Universitetində təlim - ÖDƏNİŞSİZ
Bölmə:Təlimlər / Trainings 691 dəfə oxunub
10.03.2019

Bakı Mühəndislik Universiteti Tələbə Elmi Cəmiyyəti, Bakı Mühəndislik Universiteti Texnopark, British Council və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təşkilatçılığı ilə Təlim proqramı 12 mart 2019-cu il tarixində saat 11:00-12:30-da əsas binanın Akt zalında təşkil olunacaq.

Təlimdən əldə ediləcək informasiyalar:

1. Azexport.az portalının beynalxalq əməkdaşı International Trade Center (ITC)-lə birgə layihəsi "Amazonla Qazan" layihəsi çərçivəsində secilmiş tələbələrin 100 nəfərlik İnkubasiya proqramına qoşulma şansını necə qazanmalı haqqında məlumatlandırma.

2. EnterpriseAzerbaijan.com portalının beynəlxalq əməkdaşı British Council-ın "Kreativ Qığılcım" layihəsinin Bakı Mühəndislik Universiteti ilə olan əməkdaşlığı çərçivəsində seçilmiş tələbələrin Böyük Britaniyaya getmə şansı və EnterpriseAzerbaijanın inkubasiya və akselerasiya mərkəzinə qoşulma şansı haqqında məlumatlandırılma.

3. EnterpriseAzerbaijan.com portalının yaratdığı imkanlar və təqdim etdiyi yeniliklər haqqında ümumi məlumat

4. Vergilər Nazirliyinin nümayəndəsi tərəfindən startup və sahibkarlar üçün olan güzəştlər haqqında məlumatlandırma.

5. "Yeni Fikir VI" startap müsabiqəsi haqqında informasiya

Tədbirin sonunda bütün iştirakçılara Beynalxalq əməkdaş British Council və İİTKM tərəfindən sertifikat təqdim olunacaqdır.

Tarix: 12.03.2019
Saat: 11:00 - 12:30
Məkan: Əsas bina, Akt zalı