START-UP YOLU VƏ UĞUR PRİNSİPLƏRİ TƏLİMİ | Təhsil Elanları
START-UP YOLU VƏ UĞUR PRİNSİPLƏRİ TƏLİMİ
Bölmə:Təlimlər / Trainings 574 dəfə oxunub
02.03.2019

HOLLANDİYADA YAŞAYAN AZIRBAYCANLI, “HIGH-TECH EURKITE” ŞİRKƏTİNİN HƏMTƏSİSÇİSİ BƏHRUZ MƏMMƏDOVLA 
START-UP YOLU VƏ UĞUR PRİNSİPLƏRİ TƏLİMİ

Tarix: 12 mart / Saat 11.00
Məkan: UNEC, əsas bina, Heydər Əliyev Mərkəzi (otaq 305)
https://goo.gl/forms/XzN3x0oHp3QZ2YLF3

Qeydiyyatdan keçən hər kəs iştirak haqqı qazanır. Tədbirə ilk gələn, ilk yerini tutacaq. İştirak sayı 70.

Bəhruz Məmmədov 2004-2008-ci illərdə Gəncə Dövlət Universitetində kimya ixtisasının bakalavr dərəcəsini bitirmişdir. 2004-cü ildə Buxar mühəndislik şirkətində kimyaçı olaraq işə başlamışdır (paralel olaraq həm işləyir, həm də təhsil alırdı). 

2009-cu ildə Azərbaycan Beynəlxalq Mədənçilik Şirkətində kimyaçı olaraq işləmişdir. 2012-ci ildə Hollandiyada Tvente Universitetində kimya mühəndisliyi üzrə magistr dərəcəsini bitirmişdir. Onun tədqiqat sahəsi nanomaterial idi. Buna görə elastik seramik nanomateriallar üzrə magistr dissertasiyası müvəffəqiyyətlə müdafiə etdi. Tezisini müdafiə etdikdən sonra, Almaniyanın Ludwigshafen şəhərində BASF şirkətində çalışmışdır. Onun işi katalitik tətbiq üçün metal oksid nanopartikullarının sintezindən ibarət idi. 2015-ci ildə Bahruz Hollandiyanın Enschede şəhərində Eurekite (https://www.eurekite.com/) şirkətini qurdu. Eurekite nanomaterial üzrə ixtisaslaşmış şirkətdir. Eurekite nanofiberlərə əsaslanan differensial kompozisiyalardan keramika materialları hazırlayır. Şirkət American venture capital firm Cottonwood (https://www.cottonwood.vc/ ) tərəfindən təxminən 3,4 milyon avro sərmayəyə layiq görüldü. Hal-hazırda Eurekit sənaye istehsalının inkişafına yönəlib. Son zamanlar Bahruz Kaliforniya Berkleydə ABŞ-da başlanğıc Flux texnologiyasını CEO olaraq idarə etmək təklifi alıb.