Magistraturaya qəbul imtahanının I mərhələsində iştirak edəcək bakalavrların nəzərinə! | Təhsil Elanları
Magistraturaya qəbul imtahanının I mərhələsində iştirak edəcək bakalavrların nəzərinə!
Bölmə:Magistratura 672 dəfə oxunub
16.02.2019

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanında iştirak edəcək bakalavrlar "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına  qəbul imtahanının 1-ci mərhələsi fevralın 24-də keçiriləcəkdir.

Buraxılış vərəqəsini çap etmək üçün https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=8 linkinə daxil olmaq lazımdır.

Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, bakalavr imtahana buraxılmayacaq.