TƏQAÜDLÜ "2019 Yaz Təcrübə Proqramı" | Təhsil Elanları
TƏQAÜDLÜ "2019 Yaz Təcrübə Proqramı"
Bölmə:Təqaüdlər 571 dəfə oxunub
10.01.2019

İDRAK Texnoloji Transfer Şirkəti son kurs bakalavr və kollec, magistr tələbələrini və məzunları TƏQAÜDLÜ "2019 Yaz Təcrübə Proqramı"na dəvət edir!

1 mart – 1 iyun tarixlərində baş tutacaq olan “2019 Yaz Təcrübə Proqramı”-na sonuncu kurs bakalavr və kollec, hal-hazırda magistr oxuyan və məzun olmuş şəxslər müraciət edə bilərlər. Proqrama müraciət hal-hazırda təhsil aldığınız ixtisas adlarına uyğun olaraq hazırlanmış və ixtisasınızın bir çox sahələrini əhatə edir.

1. Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi
2. Mexatronika və robototexnika mühəndisliyi
3. Mexanika mühəndisliyi
4. Kompüter mühəndisliyi
5. Kompüter elmləri 
6. Cihazqayırma mühəndisliyi
7. Biotibbi texnologiyalar mühəndisliyi
8. İnformasiya texnologiyaları
9. Proseslərin avtomatlaşdırılması mühəndisliyi 
10. Sənaye mühəndisliyi
11. Sənayenin təşkili və idarə olunması
12. Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi
13. Texnoloji maşın və avadanlıqlar mühəndisliyi
14. Metallurgiya mühəndisliyi
15. Materialşünaslıq mühəndisliyi

Qeyd: Oxuduğu təhsil müəssisəsi tərəfindən məcburi təcrübə keçmək tələbi olanlara rəsmi olaraq arayış və lazım ola biləcək digər sənədlər verilir.

Qeydiyyat linki: https://idrak.interno.az 
Qeydiyyat üçün son tarix: 1 fevral, 2019
Proqram müddəti: 1 mart – 1 iyun, 2019

Ətraflı məlumat üçün:

E-mail: kamran.imamaliyev@idrak.az
Mobil: +994 50 277 52 30