AccessBank Tələbə Təqaüd Proqramı | Təhsil Elanları
AccessBank Tələbə Təqaüd Proqramı
Bölmə:Təqaüdlər 944 dəfə oxunub
05.11.2018

Proqramın məqsədi yüksək potensiala malik tələbələrə dəstək olmaqdır.

Proqramın məqsədi yüksək potensiala malik tələbələrə dəstək olmaqdır. AccessBank Tələbə Təqaüd Proqramı üzrə seçilmiş 10 tələbə növbəti semestr ərzində aylıq 100 AZN təqaüd alacaq. Bununla bərabər həmin tələbələr bankda təcrübə keçmək və bankın müxtəlif təlim və korporativ tədbirlərində iştirak etmək şansı əldə edəcək. Müsabiqə 2018-2019-cu tədris ili üzrə, bütün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin bakalavr pilləsinin əyani şöbəsinin 3 və 4-cü kurslarında, iqtisadiyyat yönümlü ixtisaslarında təhsil alan tələbələr arasında keçirilir.

Birinci seçim mərhələsi

Qeyd olunmuş şərtlərə uyğun tələbələr iştirak üçün online ərizə formasını doldurmalıdır.

Ərizələr 18 Noyabr (daxil olmaqla) tarixinədək qəbul olunur.

İkinci seçim mərhələsi

Ərizə formasının qiymətləndirilməsi əsasında ikinci mərhələyə keçmiş tələbələrin məntiq və riyazi bilikləri yoxlanılacaq. Tələbələr 60 dəqiqə ərzində 40 testi cavablandıracaq. Növbəti mərhələyə keçid balı bütün namizədlərin nəticələri məlum olduqdan sonra AccessBank tərəfindən təyin olunacaq.

Üçüncü seçim mərhələsi

3-cü tur ingilis dilində müxtəlif mövzularda essay-lərin yazılmasından ibarət olacaq. Essay-lərin qiymətləndirilməsi aparılaraq mövzu ilə bağlı ən uyğun yazmış tələbələr sonuncu mərhələyə çağırılır.

Dördüncü seçim mərhələsi

Müsabiqənin sonuncu turu üz-üzə müsahibələr yolu ilə keçiriləcək. Müsahibəni AccessBank-ın əməkdaşlarından ibarət xüsusi komanda həyata keçirəcək. Komandanın tərkibinə müxtəlif sahələrdən olan mütəxəssislər daxildir. Müsahibə zamanı namizədlərin akademik bilikləri, dünya görüşü, müsabiqədə iştirak motivasiyası və s. barədə suallar veriləcək. Hər bir namizəd üçün suallar fərqli ola bilər.

Qeyd:

İkinci və növbəti mərhələlərə dəvət olunmuş tələbələr rəsmi transkriptin və şəxsiyyət vəsiqəsinin yalnız əsli ilə buraxılır. Seçim mərhələləri zamanı mobil telefon, konspekt və digər yardımçı vasitələrdən istifadəyə icazə verilmir. 
Hər bir seçim mərhələsi və yeniliklərlə bağlı məlumatlar namizədlərin şəxsi elektron poçt ünvanları ilə bərabər, Bank-ın rəsmi məlumat kanalları (Vebsayt, Facebook, Instagram, Twitter, LinkedIn) vasitəsilə də elan ediləcək.

İŞTİRAK ET