Bakı Ali Neft Məktəbində III Avrasiya konfransı keçiriləcək | Təhsil Elanları
Bakı Ali Neft Məktəbində III Avrasiya konfransı keçiriləcək
Bölmə:Xəbərlər 171 dəfə oxunub
10.10.2018

Bakı Ali Neft Məktəbində (BANM) Enerji İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiyanın (IAEE) təşkilatçılığı ilə “Xəzər və Mərkəzi Asiya regionunun enerji sənayesində qlobal inkişafın nəticələri” mövzusunda III Avrasiya konfransı keçiriləcək. 18-20 oktyabr tarixlərində baş tutacaq konfrans BANM-ın təşkilatı dəstəyilə həyata keçirilir.

Konfransda Avrasiya məkanında enerji təhlükəsizliyinə qlobal çağırışlar: tələb və təklif troblemi, enerji bazarları və tənzimləmə, elektrik enerjisi təchizatının dayanıqlığı, Avrasiyada enerji səmərəliliyi: Ənənəvi enerji, alternativ enerji və istilik təchizatı, təbii qazdan istifadə: İnnovasiyalar və sənayenin inkişafı kimi mövzulara toxunulacaq.

Konfransda nüfüzlu beynəlxalq təşkilat və şirkətlərlə yanaşı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikası Energetika Nazirliyinin, SOCAR-ın, Bakı Ali Neft Məktəbinin, BP-nin, “Cənub Qaz Dəhlizi“ QSC-nin və digər müəssisə və şirkətlərin rəhbərlərinin iştirakı nəzərdə tutulur.