“Universitetlərin çoxunu birləşdirmək lazımdır” – Fazil Mustafa | Təhsil Elanları
“Universitetlərin çoxunu birləşdirmək lazımdır” – Fazil Mustafa
Bölmə:Xəbərlər 318 dəfə oxunub
02.10.2018

Millət vəkili Fazil Mustafa Azərbaycanda ali məktəblərin sayının azaldılmasını təklif edib.

O bu təkliflə parlamentin dünənki iclasında çıxış edib. Deputat qeyd edib ki, universitetlərin çoxunu birləşdirmək lazımdır:

“Azərbaycanda bu qədər ali məktəbə, universitetə nə ehtiyac var? Onların çoxunu birləşdirmək lazımdır. Əgər bu ali məktəblər, sadəcə diplom almaq, diplom vermək üçün olacaqsa, o zaman nə təhsildən, nə də savaddan danışmağa dəyər. Bunlara son qoyulmalıdır”.