“Müəllimlər Günü ilə bağlı pul yığılmasına dair şikayət daxil olmayıb” | Təhsil Elanları
“Müəllimlər Günü ilə bağlı pul yığılmasına dair şikayət daxil olmayıb”
Bölmə:Xəbərlər 356 dəfə oxunub
02.10.2018

Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) məktəblərdə 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü ilə bağlı pul yığılmasına dair şikayət daxil olmayıb.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

“BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı anonim olmadan İdarənin (012) 599-12-22 nömrəli telefonuna və ya Təhsil Nazirliyinin 146 saylı “Qaynar xətt” xidmətinə müraciət edilməsi tövsiyə olunur”, – İdarədən qeyd olunub.