Gənclər üçün Prezident Mükafatı təsis edildi | Təhsil Elanları
Gənclər üçün Prezident Mükafatı təsis edildi
Bölmə:Xəbərlər 668 dəfə oxunub
06.07.2013

İyulun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gənclər üçün Prezident Mükafatının təsis edilməsi haqqında Fərman imzalayıb. Fərmana əsasən, elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən gənclər üçün, ildə bir dəfə verilməklə, altı ədəd 10 min manat məbləğində Prezident Mükafatı təsis edilib. "Gənclər üçün Prezident Mükafatının Əsasnaməsi" də təsdiq olunub. Nazirlər Kabinetinə tapşırılıb ki, "Gənclər üçün Prezident Mükafatının diplomunun, nişanının və həmin nişanın vəsiqəsinin təsviri"ni üç ay müddətində təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.