Avropa Parlamentində yeni təcrübə proqramı | Təhsil Elanları
Avropa Parlamentində yeni təcrübə proqramı
Bölmə:Xəbərlər 577 dəfə oxunub
21.08.2014

Avropa Parlamentində yeni təcrübə proqramı


AzeDer Avropa Parlamentində və digər institutlarda təcrübə proqramında iştirak etmək üçün növbəti qeydiyyatın başlandığını elan edir.
Təcrübə müddəti: Oktyabr - Dekabr 2014
Sənədlərin qəbulu üçün son tarix: 20 Sentyabr 2014-cü il
Namizədlərə tələblər:
1. Bakalavr və ya magistr təhsilini xaricdə başa vurmuş, o cümlədən hal-hazırda təhsil almaqda olan gənclər
2. İngilis, alman və ya fransız dillərindən ən azı birini sərbəst bilmək (şifahi və yazılı)
Təcrübə proqramında iştirak etmək istəyənlər ingilis dilində hazırlanmış CV-ni 20 Sentyabr 2014-cü il tarixinə qədər intern@azeder.org ünvanına göndərmələri xahiş olunur. CV-lər Europass (http://bit.ly/1bflrn4) formatında və şəkil ilə birlikdə olmalıdır.
Təcrübə proqramı tam ödənişli (yaşayış yeri və yaşayış xərcləri təmin olunur), qismən ödənişli (yalnız yaşayış yeri təmin olunur) və ödənişsiz (yaşayış yeri və yaşayış xərcləri təmin olunmur) əsaslarda həyata keçirilir. Müraciət edən şəxslərdən məktubda proqramı hansı əsaslarla keçmək istədiklərini qeyd etmələri xahiş olunur.
Layihə "Partnyor" Beynəlxalq Dialoq və Əməkdaşlıq Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.