AzərKredit universitet tələbələrinə təşkilatın aşağıdakı departamentlərində Baş Ofisində təcrübə keçmə imkanı təklif edir:

  • İnsan resursları departamenti
  • İnzibati şöbə

İnzibati şöbədə təcrübə keçmə imkanı AzərKreditin aşağıda göstərilən filiallarda da mövcuddur:

  • Sumqayıt
  • Gəncə
  • Mingəçevir
  • İmişli
  • Sabirabad
  • Saatlı
  • Bala-Bəhmənli
  • Horadiz
  • Yevlax
  • Şəmkir
  • Tovuz
  • Goranboy

Təcrübə keçmə proqramı bir aydan üç aya gədər müddətinə davam edəcəkdir.

Nəzərinizə çatdırırıq ki, təcrübə keçmə ödənişsizdir.

Tələblər:

• Universiteti yeni bitirmiş məzunlar və ya 3-cü və ya 4-cü kurs tələbələri;
• Azərbaycan dilini (həm yazılı, həm də şifahi) yüksək səviyyədə bilməlidir;
• İngilis dilinin bilməsi arzuolunandır;
• Word, Excel proqramları və məlumat bazalarında işləməyi bacarmalıdır;
• Müraciət etdiyi departamentin işini və işi ilə bağlı mövzuları anlamalıdır;
• Ona həvalə edilən tapşırıqları icra etməli və təşəbbüskar olmalıdır;
• Yüksək səviyyəli ünsiyyət bacarıqları olmalıdır;
• Komandada işləmək və həmkarları ilə mehriban münasibətlər qurmağı bacarmalıdır.

Namizədlər AzərKredit anket formasını dolduraraq bu email ünvanına: intern@azercredit.az (xahiş edirik, email məktubunun Mövzu sətrində “intern” sözünü qeyd edin), və ya Faks nömrəsinə: +99412 597 30 39 göndərməli və ya çap variantını 10 mart 2016-cı il tarixədək AzərKredit filiallarına təqdim etməlidir.

AzərKredit anket formasını http://azercredit.az/en/career/how_to_applyinternet səhifəsindən yükləmək və ya AzərKredit təşkilatının baş ofisi yaxud filiallarına müraciət edərək əldə etmək olar.

Xahiş edirik müraciət etdiyiniz department və ya filialı dəqiq qeyd edin. Əks təqdirdə, sizin namizədliyiniz qəbul edilməyəcəkdir.

Nəzərə alın ki, yalnız seçilmiş namizədlər qəbul prosesinin növbəti mərhələlərinə dəvət olunacaqdır.

UĞURLAR!!!