“DəmirBank” Qış Təcrübə Proqramına start verib | Təhsil Elanları
“DəmirBank” Qış Təcrübə Proqramına start verib
Bölmə:Elanlar 940 dəfə oxunub
10.01.2016

“DəmirBank” tələbələr və universiteti yeni bitirmiş istedadlı gənclər üçün nəzərdə tutulmuş “Qış Təcrübə Proqramına” start verib. Təcrübəçilər təcrübə zamanı dərin biliklərə yiyələnmək, güclü komandada çalışmaq və müvəffəqiyyətli karyera üçün lazım olan texniki və peşəkar bacarıqlarını inkişaf etdirmək imkanı qazanacaqlar. 
Proqram güclü potensialı və Bank daxilində sürətli adaptasiya nümayiş etdirmək qabiliyyətinə malik müxtəlif ixtisas sahələrində olan tələbələr üçün nəzərdə tutulub. Təcrübə müddəti tələbələrin və Bankın razılığı ilə 1 aydan 3 ayadək müddətdə davam edəcək.

Proqramda iştirak üçün CV formaları 19 yanvar 2016-cı il tarixinədək hr@demirbank.az ünvanına mövzu hissəsində “Qış Təcrübə Proqramı” yazmaqla göndərilməlidir.

Qeyd etmək lazımdır ki, bundan əvvəl də tələbələr üçün “DəmirBank” tərəfindən “Yay Təcrübə Proqramı” reallaşdırılmışdır. Təcrübə müddətində tələbələr ixtisaslı və təcrübəli əməkdaşlarla birlikdə çalışaraq layihələrdə və əməliyyatlarda iştirak etmişdirlər. Proqramın davamı kimi, təcrübəçilər üçün Masallı rayonunda düşərgə təşkil olunmuşdur ki, orada komanda ilə işləmək, liderlik, yaradıcılıq, qərar vermək kimi fərdi keyfiyyət və bacarıqlarını nümayiş müxtəlif intellektual, əyləncəli oyunlar keçirilmişdir.