Biliklərini yoxlamaq istəyən abituriyentlərin nəzərinə | Təhsil Elanları
Biliklərini yoxlamaq istəyən abituriyentlərin nəzərinə
Bölmə:Tələbə qəbulu 754 dəfə oxunub
20.03.2015

Üçüncü sınaq imtahanına yazılış vaxtı müəyyən olunub

Tehsil.im xəbər verir ki, TQDK tərəfindən abituriyentlər üçün üçüncü sınaq imtahanı aprelin 19-da keçiriləcək. Həmin imtahanda iştirak etmək üçün qeydiyyatın martın 30-dan etibarən aparılması nəzərdə tutulur.
Qeyd edək ki, sınaq imtahanlarına yazılış yalnız internet vasitəsilə şəxsiyyət vəsiqəsindən və TQDK-nın ödəmə kartından istifadə olunmaqla aparılır. Ödəmə kartını internet ödəmə vasitəsilə və ya bütün mobil operatorlardan 7735 nömrəsinə boş sms göndərməklə əldə etmək olar.