Təhsil Mərkəzi müəllim (abituriyent hazırlığı üzrə) vəzifəsinə vakansiya elan edir | Təhsil Elanları
Təhsil Mərkəzi müəllim (abituriyent hazırlığı üzrə) vəzifəsinə vakansiya elan edir
Bölmə:İş Elanları 690 dəfə oxunub
23.03.2019

Dərs Evi Təhsil Mərkəzi müəllim (abituriyent hazırlığı üzrə) vəzifəsinə vakansiya elan edir.

Dərs Evi-ndə çalışmağın üstünlükləri:

• Beynəlxalq şirkət səviyyəsində iş standartları 
• Sertifikatlaşdırılmış təlimlər və fərdi inkişaf proqramları
• Gənc və peşəkar komanda 
• Müvafiq iş qrafiki
• Yüksək əmək haqqı
• Karyerada yüksəliş imkanı

Dərs Evi-ndə müəllim vəzifəsinə seçim turlarında iştirak edəcək namizədlərə qoyulan tələblər:

• Ali təhsil müəssisələrinin məzunu və ya cari tələbəsi olmaq
• Tədris etməyə hazırlaşdığı fənn üzrə DİM qəbul imtahanında ən azı 20 suala düzgün cavab vermək
• Fənn üzrə fundamental akademik biliklərə malik olmaq
• Tədrisi həyata keçirəcəyi dili(azərbaycan və rus) mükəmməl səviyyədə bilmək
• Tədris etmək və pedaqoji fəaliyyətdə müvəffəqiyyətə nail olmaq istəyi
• İnnovativlik, yenilikləri öyrənmək və inkişaf etmək istəyi
• Məsuliyyətli və əməksevər olmaq

CV-nizi 15.04.2019 tarixindən gec olmayaraq dimteacher@dersevi.az ünvanına göndərə bilərsiniz.