Korporativ kreditlər üzrə mütəxəssis tələb olunur - MAAŞ 700 AZN + bonus | Təhsil Elanları
Korporativ kreditlər üzrə mütəxəssis tələb olunur - MAAŞ 700 AZN + bonus
Bölmə:İş Elanları 443 dəfə oxunub
24.02.2019

AFB Bank Korporativ Bankçılıq Strukturuna Korporativ kreditlər üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Vəzifə: Mütəxəssis
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı şəhəri, Qəbələ

Əmək haqqı: 700 AZN + bonus

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

-Ali təhsil (iqtisadi, maliyyə, dəqiq elmlər üzrə təhsil);

-Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;

-Bank (kredit və qeyri-kredit) məhsulları üzrə dərin biliklərə və geniş məlumatlara malik olması;

-Sahəyə aid olan qayda və normativləri bilmək;

-Gərgin iş qrafikində işləmək bacarığı;

-Maliyyə və kredit analizi bilikləri;

-Yaxşı ünsiyyət bacarığı;

-Azərbaycan və rus dillərində səlis danışmaq bacarığı, ingilis dili bilənlərə üstünlük verilir;

-Ofis proqramlarından mükəmməl istifadə bacarığı;

-Komandada işləmək bacarığı.

İŞİN TƏSVİRİ:

-Yeni müştərilərin cəlb edilməsi məqsədi ilə müştərilərlə birbaşa əlaqələr qurmaq,

-Bankın kredit və qeyri-kredit məhsullarının satışının təşkili;

-Cari müştərilərə çarpaz satışların həyata keçirilməsinin təşkil edilməsi;

-Korporativ kreditlər və sənədli əməliyyatlar üzrə daxil olan müraciətlərlə bağlı memorandum hazırlamaq, biznes təhlilini aparmaq.

Uyğun namizədlərdən CV-lərinin mövzu sətrində “korporativ kreditlər üzrə mütəxəssis” qeydi edərək cv@afb.az elektron ünvanına göndərməyini xahiş edirik.