UNEC-də iş imkanı | Təhsil Elanları
UNEC-də iş imkanı
Bölmə:İş Elanları 625 dəfə oxunub
23.01.2019

UNEC-də elm və innovasiyanın inkişafına töhfə verə biləcək şəxslər üçün yeni imkan!

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) elmi-tədqiqat və innovativ texnologiyaların tətbiqinin genişləndirilməsi, dünya təhsilinin yeni meyarları üzrə təşəbbüslərin araşdırılması və tətbiqinə dair yeni ideyalarla töhfə verə biləcək Elmmetriya və Rəqəmsal təhsil üzrə mütəxəssisləri Azərbaycan Dövlət İqtisad Universitetinə dəvət edirik.
Həmçinin, UNEC-in Zaqatala filialında iqtisadiyyat üzrə müəllim kimi çalışmaq arzusunda olan, tələbələrlə çalışmağa həvəs göstərən, öz bilik və bacarıqlarını daim təkmilləşdirən hər kəs CV-lərini 31 yanvar 2019-cu il tarixinə qədər vakansiya adını yazmaqla cv@unec.edu.az ünvanına göndərə bilər.