Domino's Pizza Azerbaijan *Satış üzrə mütəxəssis* axtarır! | Təhsil Elanları
Domino's Pizza Azerbaijan *Satış üzrə mütəxəssis* axtarır!
Bölmə:İş Elanları 512 dəfə oxunub
24.10.2018

Domino's Pizza Azerbaijan *Satış üzrə mütəxəssis* axtarır!

Əsas vəzifə və öhdəliklər
• Təyin edilmiş aylıq/rüblük plana əsasən satış funksiyalarını yerinə yetirmək (müştəri görüşləri, təkliflər, zənglər və s.)
• Korporativ satış planının yerinə yetirilməsi;
• Mövcud müştəri bazasını genişləndirmək; yeni müştərilər axtarmaq;
• Müştəri üçün koordinator rolunu icra etmək; ortaya çıxan problemləri həll etmək;
• Mütəmadi olaraq müştəri ofislərini ziyarət etmək, hər hansı çatışmazlıqları aşkar etmək və aradan qaldırmaq;
• Satışın artırılması ilə bağlı aidiyyatı şöbə rəhbərinə təkliflərin verilməsi;

Namizədə dair tələblər
• Ali təhsil (satış/ marketinq sahəsi);
• Komandada işləmək bacarığı;
• Satış sahəsində minimum 2- 3 il iş təcrübəsi olmalı;
• Microsoft Office proqramlarında işləmə bacarığı;
• Əvvəlki satış təcrübəsi və ya satış yönümlü düşüncə tərzi, bilik və bacarıqlar;
• Effektiv dil bilgiləri (Azərbaycan və İngilis dili əla səviyyədə olmalıdır; orta səviyyəli rus dili üstünlükdür) ;
• Ünsiyyət qabiliyyəti (şifahi və yazılı); email vasitəsilə ünsiyyət bacarığı;
• Təqdimat bacarıqları, şirkətin məhsul və xidmətlərini ən effektiv yollarla təqdim edə bilmək;
• Müştəri yönümlü düşüncə tərzi;
• Təşəbbüs göstərmək və verilmiş tapşırıqları vaxtında və effektiv yernə yetirmək bacarığı.

İş şərtləri
• Həftə içi 10:00-18:00, şənbə günü 10:00-14:00 iş günü, bazar günü istirahət;
• Əmək haqqı: namizədin peşəkar təcrübə, bilik və bacarıqları əsasında təyin edilir;
• Korporativ nömrə və danışıq vaxtı və nahar şirkət tərəfindən təmin edilir.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerində (subject) “Satış üzrə Mütəxəssis Tehsil.im” qeyd edərək farida.aghayeva@dominospizza.az ünvanına göndərməyiniz xahiş olunur.