Əməliyyatlar üzrə menecer | Təhsil Elanları
Əməliyyatlar üzrə menecer
Bölmə:İş Elanları 1242 dəfə oxunub
16.07.2018

Aşağıdakı vakansiya üzrə işçi tələb olunur:

Əməliyyatlar üzrə menecer

Cinsi: Qadın

Yaş həddi: 20-30

Vəzifə təlimatları:

 Ofisdə kargüzarlığın təşkili, daxil olan və çıxan sənədlərin qeydiyyatı, məktubların və faksların göndərilməsi, elektron poçtla daxil olan məktubların cavablandırılması;

 Şirkətin əməkdaşlıq etdiyi banklarla şirkətə mühasibatlıq xidməti göstərən şirkət arasında əlaqələrin koordinasiyası, o cümlədən gündəlik maliyyə-mühasibat sənədlərinin, hesab-fakturaların tərtib olunması, müqavilələrin qeydiyyatı və mühasibatlıq xidməti göstərən şirkətə təqdim olunması, tələb olunan hesabatların hazırlanması;

 Cari ödənişlərin bankın təqdim etdiyi “internet-banking proqramı” vasitəsilə onlayn rejimdə həyata keçirilməsi;

 Ofis ləvazimatlarının və ofisə lazım olan digər təsərrüfat mallarının və xidmətlərinin satın alınmasının təşkili;

 İşçilərin məzuniyyət və ezamiyyə sənədlərinin yığılması və mühasibatlıq xidməti göstərən şirkətə təhvil verilməsi;

 Rəhbərliyin tapşırığına uyğun olaraq ofis daxilində digər administrativ işlərin yerinə yetirilməsi.

Namizədə tələblər:

 İqtisadiyyat, maliyyə/mühasibatlıq və ya biznes idarəçiliyi üzrə ali təhsil; 
 Müvafiq sahədə ən azı 1 illik iş təcrübəsi;
 Microsof Office (xüsusi ilə Excel) proqramlarına dair mükəmməl bilik və təcrübə (1C və digər uçot proqramları üzrə bilik və təcrübə arzu olunandır);
 Milli mühasibatlıq, bank və vergi qanunvericiliyi üzrə bilik və təcrübə;
 Azərbaycan dilində sərbəst yazı və danışıq qabiliyyəti (rus və ingilis dili bilikləri arzuolunandır);
 Ünsiyyət və komanda ilə işləmə bacarıqları;
 Analitik düşünmə və problemləri həll etmə bacarıqları;
 Məsuliyyət, nizam-intizam və dəqiqlik kimi müsbət göstəricilərə sahib olmaq.

İş qrafiki: Həftənin 5 günü, saat 09.00-18.00

Nəzərdə tutulan əmək haqqı: 500-600 manat

Ünvan: Əhməd Rəcəbli 219, MZ Plaza, Bakı, Azərbaycan

"Ze-tronics" MMC

Namizədlər öz CV-lərini mövzu hissəsində vəzifənin adı göstərilməklə aşağıdakı elektron poçt ünvanına göndərə bilərlər:

rashad@ze-tronics.com