Dövlət İmtahan Mərkəzində işləmək imkanı! - VAKANSİYA | Təhsil Elanları
Dövlət İmtahan Mərkəzində işləmək imkanı! - VAKANSİYA
Bölmə:İş Elanları 3180 dəfə oxunub
29.05.2018

İşə götürülənlərin vəzifəsi, əmək haqqı və iş qrafiki müqaviləyə əsasən müəyyən olunur

Fənlər üzrə yoxlama-ölçmə materiallarının hazırlanması üzrə mütəxəssislərin funksiyaları:

 

  • test tapşırıqlarının, qiymətləndirmə meyarlarının və digər yoxlama-ölçmə materiallarının tərtibi, tərtibinin təşkili;
  • test tapşırıqlarının, qiymətləndirmə meyarlarının və digər yoxlama-ölçmə materiallarının ekspertizası, ekspertizasının təşkili;
  • yazı işi tapşırıqlarının qiymətləndirmə meyarları əsasında qiymətləndirilməsi, qiymətləndirilməsinin təşkili.

 

İxtisas tələbləri və digər şərtlər:

 

  • Aşağıdakı ixtisaslardan biri üzrə ən azı bakalavr təhsilinə malik olmalıdır:

 

     - Azərbaycan dili;

     - rus dili;

     - riyaziyyat;

     - fizika;

     - tarix;

     - kimya;

     - biologiya;

     - coğrafiya;

     - informatika;

     - xarici dil (ingilis, rus, alman, fransız).

 

  • Azərbaycan dilini mükəmməl bilməlidir; 
  • Yeni təhsil proqramları (kurikulumlar) üzrə məlumatlı olmalıdır;
  • Microsoft Office proqramlarında yüksək səviyyədə işləməyi bacarmalı, riyaziyyat, fizika, tarix, kimya, biologiya, coğrafiya, informatika ixtisaslı mütəxəssislər rus dilini yaxşı bilməlidir;

 

Müvafiq sahədə iş təcrübəsi olan şəxslərə və ixtisası üzrə rus dilinə tərcümə etməyi bacaranlara üstünlük verilir. İşə götürülənlərin vəzifəsi, əmək haqqı və iş qrafiki müqaviləyə əsasən müəyyən olunur.

Maraqlanan şəxslərdən CV formasını buradan yükləyib tam şəkildə dolduraraq 2018-ci il iyun ayının 30-dək o.ismayilov@dim.gov.azelektron poçt ünvanına mövzu hissəsində “İşə qəbul” yazaraq göndərmələri xahiş olunur.