Mühasib vakansiyaları BURADA | Təhsil Elanları
Mühasib vakansiyaları BURADA
Bölmə:İş Elanları 1102 dəfə oxunub
09.04.2018

“Gilan Holdinq” işçi axtarır – VAKANSİYA

Gilan-TN MMC Böyük mühasib vəzifəsinə işçi axtarır.

İş tipi: Tam iş günü
Tələb olunan iş təcrübəsi: 3 ildən 5 ilə qədər
İş yeri: Azərbaycan / Bakı
Təhsil: Bakalavr

Namizəddə tələblər:
- Mühasibat uçotu haqqında Azərbaycan Respublikasının Qanununu, A.R Vergi Məcəlləsini, Beynəlxalq mühasibat uçotu standartlarını bilməli;
- Hesabatların plan və korrespondensiyasını bilməli;
- Hesabat sahələri üzrə sənəd dövriyyəsinin təşkili qaydalarını bilməli;
- Sənədlərin rəsmiləşdirilməsi, təsərrüfat vəsaiti və onun hərəkətinin mühasibat hesabı sistemində əks olunma qaydalarını bilməli;
- Analitik düşünmə qabiliyyəti, səmərəlilik və təşəbbüskarlık qabiliyyəti, dəqiqlik və səliqəlilik qabiliyyəti, birgə iş / komandada işləmə qabiliyyəti olmalıdır.
Öhdəliklər:
- Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatların yerinə yetirilməsi;
- Maliyyə intizamının yerinə yetirilməsinə və ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasına və həyata keçirilməsinə köməkliyin göstərilməsi;
- Əvvəlki sənədlərin hesab sahələrinə uyğun qəbulunu və nəzarətini həyata keçirilməsi və onların hesabının emala hazırlanması;
- Qəbul olunmuş pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərin və əsas fondların hesabının düzgünlüyünə, onların hərəkəti ilə bağlı əməliyyatların mühasibat uçotunda vaxtında əks etdirilməsinə nəzarət edilməsi;
- Materialların, yanacağın, elektrik enerjisinin, pul vəsaitinin sərf olunmasının düzgünlüyünə, məxaric smetasına riayət olunmasına, ilkin sənədlər əsasında hesabat tərtibinin qaydasına, eləcə də müəssisə, idarə və təşkilatın bölmələrində inventarizasiya və mühasibat uçotunun aparılmasının təşkilinə nəzarət edilməsi;
- Dövlət büdcəsinə ödənişlərinin, sosial sığorta ayırmalarının, fəhlə və qulluqçuların əmək haqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasının, vergilərin, ödənişlərin, eləcə də istehlak fonduna vəsaitin köçürülməsinin həyata keçirilməsi.
Müraciət etmək istəyən namizədlərin, linkə daxil olaraq müraciət etməsi xahiş olunur: https://hr.gilanholding.com/v/4773

 

 

Mühasib tələb olunur.

Tələblər :
-Ali təhsil
-Microsoft Office proqramlarında işləyə bilmək,əsasən də Excel proqramını yaxşı səviyyədə bilmək.
-Analitik təhlil bacarığı.
- Consulting və ya outsourcing şirkətlərində işləyənlərə üstünlük verilir

İş barədə Məlumat:

- Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək 
- Əmək haqqı fondunun xərclənməsinə, ştat cədvəlinə, tabel və sair sənədlərə ciddi riayət olunmasına nəzarət etmək 
- Vergi hesabatlarının (Sadələşdirilmiş, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi 
- DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi 
- Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi 
- Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi 
- İşçilərlə hesablaşmaların təmin edilməsi 
- Bank, Kassa, Əmək haqqı sənədlərinin 1C proqramına daxil edilməsi 
- E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi 
- AR əmək məcəlləsinə vuyğun sənədləşmə və müqavilələrin tərtib olunması
Əmək haqqı : 350-500 AZN

CVlərinizi emuhasibat.az@gmail.com mail ünvanına göndərə bilərsiniz.