"Kontakt Home" işçi axtarır – VAKANSİYA | Təhsil Elanları
"Kontakt Home" işçi axtarır – VAKANSİYA
Bölmə:İş Elanları 2027 dəfə oxunub
07.04.2018

"Kontakt Home" satış üzrə mütəxəssis vəzifəsinə işçi axtarır.

İş barədə məlumat
- Şirkət tərəfindən göndərilən malları qəbul etmək, yoxlamaq, müvafiq olaraq sənədləşdirmək və bu haqda məruzə etmək 
- Satışla bağlı müxtəlif qayda və prosedurlar, o cümlədən kampaniyalar haqqda məlumatı vaxtında öyrənmək və tədbiq etmək 
- Müştəriləri mağazada qarşılamaq, onların tələbatını öyrənmək, mallar haqqında ətraflı və doğru məlumat vermək 
- Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməyə köməklik göstərmək 
- Mağaza direktorunun tapşırıqlarını vaxtında və tələb olunan qaydada yerinə yetirmək 
- Şirkət tərəfindən təşkil olunan təlimlərdə iştirak etmək və verilən tədris materiallarını öyrənmək 
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə 
- İş rejimi: İşçi 3 gün işləyir 1 gün istirahət edir (hər 3 gündən bir istirahət günü) 
- Şirkət məhsullarını endirimlə əldə etmək imkanı 
- Şirkət daxili təlim və inkişaf imkanları 
- Karyera yüksəlişi imkanı 
- Satış sahəsində nailiyyətlərə görə bonus və mükafatlar

Namizədə tələblər
- Yaş: 18 yaşdan yuxarı 
- Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır 
- Satış təcrübəsi arzu olunandır, lakin vacib deyil 
- Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı 
- Satış qabiliyyəti olmalı

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Satış məsləhətçisi” qeyd edərək öz CV-lərinizi hr@abc-telecom.az elektron ünvanına göndərməyiniz xahiş olunur.

Telefon
(012) 533-01-01