AFB Bank işçilər axtarır – VAKANSİYA | Təhsil Elanları
AFB Bank işçilər axtarır – VAKANSİYA
Bölmə:İş Elanları 1648 dəfə oxunub
30.03.2018

AFB Bank işçilər axtarır – VAKANSİYA

AFB Bank Müştəri əlaqələri şöbəsinin rəisi və korporativ müştəri təmsilçisi vəzifəsinə vakansiyalar elan edir.

Vəzifə: Müştəri əlaqələri şöbəsinin rəisi

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri, İ.Qutqaşınlı küç. 112 (Mərkəzi ofis)

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 
• Ali təhsil (iqtisadi, maliyyə, dəqiq elmlər üzrə təhsil);
• Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
• Bank (kredit və qeyri-kredit) məhsulları üzrə dərin biliklərə və geniş məlumatlara malik olması;
• Sahəyə aid olan qayda və normativləri bilmək;
• Maliyyə və kredit analizi bilikləri;
• Yaxşı ünsiyyət bacarıqları;
• Azərbaycan və Rus dillərində səlis danışmaq bacarığı, İngilis dilini bilənlərə üstünlük verilir;
• Ofis proqramlarından mükəmməl istifadə bacarığı;
• Komandada işləmək bacarığı.
İŞİN TƏSVİRİ:
• Yeni korporativ müştərilərin cəlb edilməsi üçün korporativ müştəri təmsilçilərinin seçilməsi, bonus strategiyasının hazırlanması, kordinasiya edilməsi və yönləndirilməsi;
• Yeni korporativ müştərilərin cəlb edilməsi məqsədi ilə müştərilərlə birbaşa əlaqələr qurmaq və cəlb olunmuş müştərilərin filiallara yönləndirmək;
• Bankın kredit və qeyri-kredit məhsullarının satışını təşkil etmək;
• Cari müştərilərə çarpaz satışların təşkil edilməsi;
• Müəyyən edilmiş hədəflərin yerinə yetirilməsi və hesabatların hazırlanması.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Müştəri əlaqələri şöbəsinin rəisi” qeydi edərək cv@afb.azelektron ünvanına göndərməyinizi xahiş edirik.

Vəzifə: Korporativ müştəri təmsilçisi 
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı və Gəncə şəhərləri

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 
• Ali təhsil (iqtisadi, maliyyə, dəqiq elmlər üzrə təhsil);
• Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
• Bank (kredit və qeyri-kredit) məhsulları üzrə dərin biliklərə və geniş məlumatlara malik olması;
• Sahəyə aid olan qayda və normativləri bilmək;
• Maliyyə və kredit analizi bilikləri;
• Yaxşı ünsiyyət bacarıqları;
• Azərbaycan və Rus dillərində səlis danışmaq bacarığı, İngilis dili bilənlərə üstünlük verilir;
• Ofis proqramlarından mükəmməl istifadə bacarığı;
• Komandada işləmək bacarığı.
İŞİN TƏSVİRİ:
• Yeni korporativ müştərilərin cəlb edilməsi məqsədi ilə müştərilərlə birbaşa əlaqələr qurmaq və cəlb olunmuş müştərilərin filiallara yönləndirilməsi;
• Bankın kredit və qeyri-kredit məhsullarının satışını təşkil etmək;
• Cari müştərilərə çarpaz satışların təşkil edilməsi;
• Korporativ kreditlər və sənədli əməliyyatlar üzrə daxil olan müraciətlərlə bağlı memorandum hazırlamaq, biznes təhlilinin aparılmasını təmin etmək.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Korporativ müştəri təmsilçisi” qeydi edərəkcv@afb.az elektron ünvanına göndərməyinizi xahiş edirik.