Nəzarətçi - bilet
 
Vəzifə öhdəlikləri:
  • Tamaşaçıları kinozala yalnız biletlərini göstərdikdən sonra buraxmaq.
  • Biletləri ciddi yoxlamalıdır. Biletdə zal, seans, tarix haqqında qeyd, biletin qiyməti, kinofilmin adı göstərilməlidir;
  • Tamaşaçıları kinozala buraxanda onları nəzkətlə salamlayır, onlardan mobil telefonlarını söndürməyi, bileti seansın sonuna kimi saxlamağı, biletdə göstərilən yerlərdə əyləşməyi xahiş edir və onlara xoş saatlar arzulayır;
  • Gecikmiş tamaşaçılara cib fənərinin köməyilə yerlərini tapmaqda kömək etmək;
  • Tamaşaçılara nəzakətlə, ədəblə xidmət göstərmək.
  • Verilən biletlərə uyğun olaraq tamaşaçılara 3D eynək və xüsusi nəm salfet təqdim etmək (bir bilet üçün 1 eynək və 1 nəm salfet);
  • Seans başa çatdıqdan sonra nəzarət çərçivəsi qarşısında hər bir tamaşaçıdan 3D eynəklərini qəbul etmək;
  • Tamaşaçıların xahişi ilə cari və planlaşdırılan repertuar haqqında, seansların cədvəli, reklam çarxlarının və kinofilmlərin göstərilmə müddətləri, onun janrı və iştirak edən aktyorlar haqqında məlumat vermək. Kinofilmə baxış üçün yaş məhdudiyyəti qoyularsa, bu barədə tamaşaçılara məlumat vermək;
  • Seans başlayanda kinozalın qapılarını bağlamaq; 
  • Kinofilmin nümayişi zamanı bir neçə dəfə (7 dəfədən az olmayaraq) zala daxil olub kinonun verilməsinə və tamaşaçılar tərəfindən ictimai asayişin qorunmasına, temperatur rejiminə nəzarət etmək. 
Vəzifəyə olan tələblər:
  • Orta təhsilli.
  • Azərbaycan və rus dillərini sərbəst bilməli
  • Yaş:18-25
  • Maaş: 250 AZN
İş qrafiki: 
  • İş qrafiki: 6 günlük
  • Digər şərtlər 
  • Other gecə saatlarına kimi işləmək imkanları olsun
  • Nahar və gecə saatlarında evə catdırılma şirkət hesabına

Maraqlanan şəxslər cv-lərini Subject/ mövzu hissəsində  "Nəzarətçi - bilet / Tehsil.im " qeyd etməklə karyera@cinemaplus.az ünvanına göndərə bilərlər.