Kadrlar üzrə mütəxəssis | Təhsil Elanları
Kadrlar üzrə mütəxəssis
Bölmə:İş Elanları 429 dəfə oxunub
24.03.2018

İş barədə məlumat:
  • AR-nın Əmək Qanunvericiliyinə, Baş Direktorunun əmrlərinə uyğun işçilərin qəbulu, başqa vəzifəyə keçirilməsi, işdən azad edilmələrinin və s. sənədlərin rəsmiləşdirilməsi; 
  • İşçilərin şəxsi işlərinin hazırlanması və lazımi sənədlərin toplanması; 
  • Əmək kitabçalarının əmrlər əsasında doldurulması və qeydiyyatı; 
  • Işçilərə cari əmək fəaliyyətləri haqqında arayışların verilməsi; 
  • Məzuniyyət qrafiklərinin tərtib edilməsi, işçilərə məzuniyyətlərin verilməsinin uçotunun aparılması, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət edilməsi; 
  • Xəstəlik vərəqələrinin doldurulması və qeydiyyatı; 
  • Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsi;
  • Həftəlik və aylıq hesabatların hazırlanması; 
  • Elektron və yazılı Əmək müqavilələrinin tərtib olunması və qeydiyyatı ; 
  • Əmrlərin yazılması (məzuniyyət, ezamiyyət, əvəzçilik, işə qəbul, işdən çıxma, intizam məsuliyyətinə cəlbetmə haqqında və s.). 
  • İşçi heyətinin müqavilələrinin, əlavə razılaşmalarının, əmrlərinin, bildiriş məktublarının, intizam məsuliyyətinə
  • cəlbetmə haqqında əmrlərin hazırlanması (xəbərdarlıq, töhmət) və s.; 
  • Yeni əmək kitabçalarının verilməsi , doldurulması və qeydiyyatı ; 
  • İşçi heyətinin tələb olunan hallarda düzgün əvəz edilməsinə nəzarət edilməsi (şirkəti tərk etdikdə, məzuniyyətə çıxdıqda, müvəqqəti əvəz olunduqda); 
  • İşçi heyəti üçün iş davamiyyəti cədvəllərinin hazırlanması və işçilərin əmək haqqılarının vaxtında və dəqiqliyi ilə ödənilməsini təmin etmək üçün mühasibat şöbəsi ilə birgə işin təşkil olunması; 
  • İşçilərin davamiyyətini müəssisədə quraşdırımış turniketlə işləmək; 
  • İşdən çıxan işçilərin şəxsi işlərinin Azərbaycan Qanunvericilinə uyğun olaraq arxivləşdirmək; 
  • İşçilərə sosial sığorta şəhadətnamələrin alınması üçün DSMF-na elektron formada müraciət etmək; 
  • Hər dövr üçün (rüb, illik) hesabatlar hazırlayıb Məşqulluq İdarəsinə təqdim etmək
Namizədə tələblər:
  • Ali təhsil
  • Rus və ingilis dili biliyi
  • 1-3 il iş təcrübəsi
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl bilmək.
  • Kommunikativ bacarığı, məsuliyyətlilik
  • Ofis texnikası və komputer texnologiyalarından inamla işləmə qabiliyyəti
  • Microsoft Office, 1 C proqram
  • Nahar şirkət tərəfindən verilir.
  • Əmək haqqı kandidatın bilik ,bacarığına uyğun dəyişir.
Sizi öz kollektivimizdə görməyə şad olarıq!
Maraqlananlar (başlıqda "kadrlar üzrə mütəxəssis/www.azerjobs.com" qeyd etməklə) cv-lərini  hr@bakelektro.az ünvanına göndərə bilərlər. 

Sizə uğurlar diləyi ilə Tehsil.im komandası!