Sumqayıt Texnologiyalar Parkı işçi axtarır – VAKANSİYA | Təhsil Elanları
Sumqayıt Texnologiyalar Parkı işçi axtarır – VAKANSİYA
Bölmə:İş Elanları 1269 dəfə oxunub
25.11.2017

Sumqayıt Texnologiyalar Parkı biznesin inkişafı departamentinin marketinq şöbəsinə biznes analitik vəzifəsinə işçi axtarır.

Vəzifə öhdəlikləri:

• Şirkətin Strateji Planının hazırlanmasında iştirak edilməsi;
• Şirkətin Marketinq Planının hazırlanmasında iştirak edilməsi;
• Şirkətin bazarının araşdırılması və müvafiq təhlillərin aparılması;
• Potensial müştərilər və seqmentlər üzrə təhlilllərin aparılması;
• Məhsullar, biznes vahidləri və regionlar üzrə təhlillərin aparılması;
• Rəqabət mühitinin, rəqiblərin marketinq fəaliyyətinin təhlili;
• Ölkə iqtisadiyyatının təhlili və onun Şirkətin marketinq fəaliyyətinə təsirinin müəyyən edilməsi;
• Müvafiq təhlil hesabatlarının hazırlanması və təqdim edilməsi;
• Mövcud məhsul və xidmətlərin təkmilləşdirilməsi və yeni məhsulların bazara çıxarılması ilə bağlı müvafiq təhlillərin həyata keçirilməsi;
• Şirkətin marketinq fəaliyyətinin kompleks təhlili və qiymətləndirilməsi üzrə təkliflərin verilməsi;
• Şirkətin marketinq fəaliyyəti üzrə müvafiq biznes proseslərin təhlilində iştirak etmək;
• Şirkətin Marketinq işinin təşkili və tənzimlənməsi haqqında təlimata riayət etmək;
• Şirkətin digər bölmələri və əməkdaşları ilə koordinasiyalı şəkildə işləmək.

Təhsil/Təcrübə:

• Ali təhsil;
• Analoji sahədə ən azı 2 il iş təcrübəsi (İstehsalat təcrübəsi arzuolunandır);
• Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək;
• Azərbaycan, Rus və İngilis dillərini bilmək;
• Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır.

Əlavə məlumatlar: 

• Maaş: Razılaşma əsasında; 
• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
• İş qrafiki: 5 gün, 09:00 – 18:00;
• E-mail: 
cv@stp.az