Hüquqşünas | Təhsil Elanları
Hüquqşünas
Bölmə:İş Elanları 266 dəfə oxunub
24.10.2017

Əsası 2002-ci ildə qoyulmuş “Avromed Company” QSC dünyanın aparıcı beynəlxalq şirkətlərinin istehsal etdiyi əczaçılıq məhsullarının Azərbaycandakı ən böyük distribyütorlarından biridir.

Şirkət Hüquqşünas vəzifəsinə təcrübəli işçi dəvət edir.

Vəzifələri

• Şirkətin bütün qanuni hüquqlarını təmin etmək üçün müqavilə, saziş və digər hüquqi sənədləri tərtib edir və icrasını təmin edir;
• Müqavilələrin statusu, hüquqi risklər, müxtəlif müqavilələrlə əlaqəli hüquqi öhdəliklər barədə və rəy və tövsiyə verir; 
• Müxtəlif hüquqi məsələlər üzrə rəhbər işçilərə dəqiq və vaxtında məsləhətlər verir;
• Şirkətin fəaliyyətinə təsir göstərə biləcək hüquqi riskləri tədqiq edir və qabaqlayıcı tədbirləri tövsiyə edir;
• Reklam və marketinq materiallarının qanunvericiliyin tələblərinə uyğunluğunu müəyyənləşdirmək məqsədilə nəzərdən keçirir;
• Hüquqi dildə tərtib olunmuş sənədlərə və mətnlərə dair şirkətin əməkdaşlarına açıqlamalar və izahatlar verir; 
• Şirkətdaxili hüquqi auditlərdə iştirak edir;
• Şirkətin əməkdaşları üçün hüquqi mövzularda təlimlər keçir;
• Şirkətin strategiyası və standart əməliyyat prosedurlarının hüquqi baxımdan tərtib edilməsində və təkmilləşdirilməsində iştirak edir; 
• Hüquqa aid olan məsələlərlə bağlı şirkətin əməkdaşlarını təlimatlandırır, şirkətin qayda və normalarına riayət olunmasına töhfə verir; 
• Digər şöbələrlə əlaqəli işləyir;
• Gördüyü işlərə aid hesabat hazırlayır.

Əsas tələblər:

• Ali hüquq təhsili. Hüquq üzrə magistr dərəcəsi arzuolunandır
• İri hüquq şirkətlərində 2 ildən az olmayaraq iş təcrübəsi
• Hüquqi məsələlər üzrə danışıqlar aparmaq  bacarığı 
• Ünsiyyət qurma və təqdimat bacarıqları ilə yanaşı, təşkilat daxilində bütün səviyyələrdə səmərəli əməkdaşlıq qurma bacarığı 
• Müstəqil işləmək bacarığı
• Analitik qabiliyyət və detallara diqqətlilik
• Kompüter bilikləri
• Mükəmməl Azərbaycan və İngilis dili biliyi. Rus dili arzuolunandır.

Əmək haqqı namizədin təhsili, iş təcrübəsi və peşəkar keyfiyyətlərinə əsasən müəyyən olunacaq.

Maraqlananlar CV-lərini “vacancy@avromed.az” elektron poçt ünvanına  30.11.2017-ci il tarixinədək göndərə bilərlər. 
Elektron məktubun mövzu (subject, тема) hissəsində Hüquqşünas yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.