MÜHASİB | Təhsil Elanları
MÜHASİB
Bölmə:İş Elanları 357 dəfə oxunub
24.10.2017

MÜHASİB

İş barədə məlumat

- Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək
- Əmək haqqı fondunun xərclənməsinə, ştat cədvəlinə ciddi riayət olunmasına nəzarət etmək
- Vergi hesabatlarının (Sadələşdirilmiş, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi
- DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi
- Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
- Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
- İşçilərlə hesablaşmaların təmin edilməsi
- Bank, Kassa, Satış, Əmək haqqı sənədlərinin 1C proqramına daxil edilməsi

Namizədə tələblər

- Ali təhsil (müvafiq sahədə) 
- 1C 8.3. və ya 8.2. platformasında təcrübə mütləqdir
- Mühasibat sahəsində ən az 5 il iş təcrübəsi

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  hr@agagroup.az elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Mühasib” şəklində göstərilməsi xahiş edilir.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

DEADLINE: 2017-11-23