BP Azerbaijan – Məzunların işə qəbul proqramı | Təhsil Elanları
BP Azerbaijan – Məzunların işə qəbul proqramı
Bölmə:İş Elanları 4516 dəfə oxunub
23.10.2017

Sənayemiz böyük vüsətlə hərəkət edir. İşçilərimizə də texnologiyalarımıza qoyduğumuz qədər sərmayələr yatırtmaqla, biz ən son innovasiyalarımızla ön sıralarda qalmağa davam edirik. Əslində, sizin kimi  müstəsna, yeni biliklərə maraq göstərən,  iddialı, elmli və savadlı məzunlara biz hər il milyonlarla dollar xərcləyirik. Şirkətimizin hansı bölməsinə qoşulmağınızdan asılı olmayaraq –  bu biznes, mühəndislik və ya elm sahəsi ola bilər - siz öz biznesini və sizin karyeranızı inkişaf etdirmək öhdəliyini üzərinə götürmüş şirkətin bir hissəsi olacaqsınız. 

BP şirkəti karbohidrogenlərin kəşfiyyatı, işlənilməsi və emalı sahəsində korporativ və funksiyalar bölmələrində məzunlar üçün imkanlar təklif edir.

Karyera inkişafı BP-də erkən başlayır. Praktiki təcrübə ilə formal təlimi birləşdirməklə, bu kimi proqramların əsas məqsədi sizə biznesə real və əsaslı töhfəni mümkün qədər tez həyata keçirimək imkanı yaratmaqdır. 

KİM ƏRİZƏ VERƏ BİLƏR?

Bakalavr və ya  magistr dərəcəsini 2016-2018-ci illərdə qazanan məzunlar 2018-ci il məzunların işə qəbul proqramı üçün ərizələrini təqdim edə bilərlər. 

Yalnız Azərbaycan Respublikasının vətəndaşları bu proqramda iştirak edə bilərlər.

NECƏ ƏRİZƏ VERMƏLİ?

BP Azərbaycanın 2018-ci il üzrə məzunların işə qəbul proqramına ərizə qəbulu Oktyabrın 30-da  başlayacaq və ərizələrin qəbulu üçün son tarix 15 dekabr, 2017 olacaq.

Ərizələrin qəbulu və seçim prosesi haqqında ətraflı məlumatı saytımızın Seçim prosesi bölməsindən əldə edə bilərsiniz. Hər hansı əlavə məlumat üçün İnsan resursları şöbəsinin əməkdaşı Səbinə Vəliyeva  ilə əlaqə saxlaya bilərsiniz. Əlaqə telefonu: +994 (0)12 599 3000. Elektron poçtu:grads&interns@bp.com.

Hansı ixtisasın sizə uyğun gəldiyini öyrənmək üçün Ixtisas uyğunluğu sənədini yoxlayın

BİZƏ KİMLƏR LAZIMDIR?

Bizə aşağıdakı ixtisaslar üzrə işçilər lazımdır:

  • SƏTƏM - təhlükəsizlik üzrə mühəndis
  • SƏTƏM - ətraf mühit üzrə mühəndis
  • Mühəndislik – mexanika üzrə mühəndisl
  • Mühəndislik - idarəetmə və avtomatika üzrə mühəndis
  • Mühəndislik - İnşaat və Tikinti üzrə mühəndis        
  • Mühəndislik - Sualtı əməliyyatlar üzrə mühəndisGeologiya elmləri üzrə mühəndis 
  • Maliyyə
  • Təchizat və tədarükün idarə edilməsi
  • İnsan Resursları

GƏLİN GÖRÜŞƏK

Proqram haqqında hələ də sualınız var?

Biz hər il proqramımızı elan etdikdən sonra bu proqram haqında daha geniş məlumat vermək məqsədilə məlumat xarakterli görüşlər keçiririk. Sizi maraqlandıran bütün suallara cavab almaq üçün biz hamınızı bu görüşlərdə iştirak etməyə dəvət edirik. Görüşlər barədə ətraflı məlumat almaq üçün Gəlin görüşək bölməsini yoxlayın.

Siz saytımızın Bizimlə əlaqə bölümü vasitəsilə suallarınızı/şərhlərinizi də bizə göndərə bilərsiniz. Sualınızı göndərməzdən əvvəl əmin olun ki, “İnternship/Təcrübə proqramı” kateqoriyasını seçmisiniz.