Magistraturaya qəbul imtahanının nəticələri açıqlanıb | Təhsil Elanları
Magistraturaya qəbul imtahanının nəticələri açıqlanıb
Bölmə:Tələbə qəbulu 669 dəfə oxunub
24.02.2015

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) magistraturaya qəbul imtahanının I mərhələsinin nəticələrini elan edib.
TQDK-dan APA-ya verilən xəbərə görə, imtahanda iştirak etmiş bakalavrlar imtahan nəticələri ilə TQDK-nın internet saytında və ya iş nömrələrini 7727 nömrəsinə göndərməklə tanış ola bilərlər.

Nəticələr fevralın 24-də saat 12:00-dan etibarən TQDK-nın internet səhifəsində yerləşdirilib. Hər bir bakalavr həmçinin TQDK-nın internet saytına daxil olaraq öz cavab katrlarının qrafik təsviri ilə də tanış ola bilər. İmtahanda iştirak etmək üçün 23231 bakalavr qeydiyyatdan keçib. Onlardan 2669 nəfər imtahana gəlməyib, 4 nəfəri isə qaydalara zidd hərəkətlərə yol verdikləri üçün imtahandan xaric olunub. İmtahanda 20558 nəfər iştirak edib.İmtahanda ən yüksək nəticə isə 96 bal olub.