Turizm sahəsinə marağı olan gənclər bu xəbəri oxusunlar! | Təhsil Elanları
Turizm sahəsinə marağı olan gənclər bu xəbəri oxusunlar!
Bölmə:Elanlar 1152 dəfə oxunub
11.02.2015

Turizm sahəsinə marağı olan gənclər üçün yeni layihəyə start verilir.

 “Gənclər Turizmi” İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Gənclər üçün Turizm Məktəbi” layihəsinə start verir. Tehsil.im xəbər verir ki, Bakı şəhərində keçirilməsi nəzərdə tutulan layihə 27 fevral – 1 mart tarixlərini əhatə edəcək.

 Həyata keçiriləcək turizm məktəbində gənclərin və bu sahədə fəaliyyət göstərən turizm mütəxəssislərinin iştirakı ilə Azərbaycan turizm sektoru innovativ nöqteyi nəzərdən incələnəcək, mövcud vəziyyət araşdırılacaq və Azərbaycan turizm sektorunda elektronik ticarətin inkişaf perspektivləri müzakirə olunacaqdır. Layihə çərçivəsində turizm sahəsində təhsil alan və çalışan gənclərin iştirakı keçiriləcək turizm məktəbinin məqsədi ölkədə e-turizmin inkişafında gənclərin rolunun artırılmasına nail olmaq və gənclərin turizmdə informasiya kommunikasiya texnologiyalarının tətbiqində töhfəsini artırmaqdır.

 Bununla bərabər layihənin əsas məqsədi turizm sahəsində fəaliyyət göstərən, təhsil alan və çalışan gənclər arasında şəbəkələşməni gücləndirmək və onların elektron turizm sahəsinə maraqlarını artırmaq və turizmin davamlı inkişafına cəlb etməkdən ibarətdir. Layihə çərçivəsində keçiriləcək təlimlər ölkənin qabaqcıl turizm şirkətlərinin mütəxəssisləri və professional təlimçilər tərəfindən azərbaycan, rus və ingilis dillərində keçiriləcək.

 Layihədə iştirak etmək istəyən şəxslər 22 Fevral 2015-ci il tarixinədək «Gənclər Turizmi» İctimai Birliyinin rəsmi saytında (youthtourism.az) yerləşdirilən elektron ərizə formasını dolduraraq müraciət edə bilərlər. Layihə çərçivəsində keçiriləcək təlim proqramının iştirak seçimində əsasən Azərbaycan Turizm və Menecment İnstitutununun sonuncu kurs tələbələrinə və təlim proqramından sonra e-turizm sahəsində çalışmaq niyyəti olan gənclərə üstünlük veriləcək. Təlim proqramını uğurla başa vuran iştirakçılar təlim proqramından sonra e-turizm sahəsində praktiki biliklərini artırmaq məqsədilə bu sahədə Azərbaycanda fəaliyyət göstərən turizm şirkətində təcrübə proqramında iştirak etməyə dəvət olunacaqdır.

“Gənclər Turizmi” İctimai Birliyi

Skype: youth.tourism
Mobil: +994 50 311 24 84
E-mail: info@youthtourism.az
Ünvan: Əzim Əzimzadə küç. 18/12, mən. 11, Bakı, Azərbaycan (Xəritədə göstər)

“Gənclər üçün Turizm Məktəbi” müraciət forması

* Обязательно

Şəxsi məlumatlar

 
Adınız və soyadınız *
Doğum tarixiniz *
Cinsiniz *
Yaşadığınız şəhər *
E-mail ünvanınız *
Əlaqə nömrəniz *

Təhsil

 
Təhsil aldığnız müəssisənin adı *
İxtisasınız *

Xarici dil bilikləriniz

 
Bilik dərəcəniz. *
 
Rus dili
İngilis dili
Digər dil bilikləriniz.
Zəhmət olmasa qarşısında hansı dərəcədə bildiyinizi qeyd edin.
Təlim kursunda iştirak etməkdə məqsəd və motivasiyanız. *
(Bu təlim zamanı hansı məlumatları əldə etməyi düşünürsünüz? Təlim kursundan alacağınız bilikləri nə cür istifadə edəcəksiniz?)
Turizm sahəsində təcrübəniz və bilikləriniz haqqında qısa məlumat verin. *
(Bundan öncə turizm sahəsində çalışmısınızmı və yaxud turizmlə bağlı hər hansı layihədə iştirak etmisinizmi?)