TQDK sədrindən xəbərdarlıq | Təhsil Elanları
TQDK sədrindən xəbərdarlıq
Bölmə:Xəbərlər Tələbə qəbulu 725 dəfə oxunub
11.02.2015

"Biz mütəxəssisləri xaricdən gətirməyə məcbur olacağıq”

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri xəbərdarlıq etdi. ANS PRESS-in məlumatına görə, Məleykə Abbaszadə Azərbaycanda 5 ildən sonra kənd təsərrüfatı üzrə mütəxəssislərə böyük ehtiyac yaranacağını deyib. "O zaman biz həmin mütəxəssisləri xaricdən gətirməyə məcbur olacağıq”.

Onun sözlərinə görə, hal-hazırda kənd təsərrüfatı mütəxəssisləri ilə bağlı çatışmazlıq yoxdur və bu sahə mütəxəssisləri özlərinə iş tapırlar, kifayət qədər də maaş alırlar.

“Lakin təəssüf ki, son illərdə bu sahəyə müraciət edənlər azdır. Belə davam etsə, bir neçə ildən sonra ölkədə bu sahə mütəxəssisləri ilə əlaqədar ciddi çatışmazlıqlar yaranacaq”.