Magistr olmaq istəyənlərin nəzərinə! | Təhsil Elanları
Magistr olmaq istəyənlərin nəzərinə!
Bölmə:Magistratura 1415 dəfə oxunub
05.01.2015

"Magistr" jurnalının 1-ci sayı çap olunmuşdur

Tehsil.im xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən «Magistr» jurnalının 1-ci sayı dərc olunaraq bakalavrların istifadəsinə verilmişdir. Jurnalın bu sayında Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul qaydaları ilə yanaşı, magistraturaya hazırlaşan bakalavrlara kömək məqsədilə aşağıdakı materiallar da təqdim olunmuşdur:
§ Ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün) yoxlanılması üzrə qəbul imtahanı proqramı və test tapşırığı nümunələri;
§ Açıq tipli test tapşırığı nümunələri;
§ Xarici dillər üzrə qəbul imtahanı proqramları; 
§ İnformatika üzrə qəbul imtahanı proqramı.