Dövlət İmtahan Mərkəzində iki vəzifə üzrə vakansiya elan edilib | Təhsil Elanları
Dövlət İmtahan Mərkəzində iki vəzifə üzrə vakansiya elan edilib
Bölmə:İş Elanları 314 dəfə oxunub
13.03.2024

Dövlət İmtahan Mərkəzində Səriştələrin və peşəkar potensialın qiymətləndirilməsi şöbəsində sektor müdiri və Satınalmaların təşkili və müqavilələrin idarə olunması sektorunda mütəxəssis (ştatdankənar, 6 ay müddətinə) vəzifəsi üzrə vakansiyalar elan edilib.

Hər bir vəzifə üzrə qulluq funksiyaları, vəzifənin tutulma şərtləri və digər tələblər DİM-in saytının “Vakansiya” bölməsində yerləşdirilib.

Namizədlər müvafiq bölmədə tələblərlə tanış olub "Kadr uçotunun şəxsi vərəqəsi"ni mövzu bölməsində iddia etdiyi vəzifənin adını qeyd etməklə hr@dim.gov.az elektron poçt ünvanına göndərə bilərlər.