"7.Eğitimde Yeni Trendler İzmir Forumu 2023" başa çatıb | Təhsil Elanları
"7.Eğitimde Yeni Trendler İzmir Forumu 2023" başa çatıb
Bölmə:Xəbərlər 236 dəfə oxunub
25.11.2023

Azərbaycan Maarifçilər Assosiasiyasının növbəti təhsil səfəri 16-20 noyabr 2023-cü il tarixlərində Türkiyənin 3-cü böyük şəhəri olan İzmir şəhərinə olub. İkinci ildir ardıcıl olaraq təşkil edilən İzmir səfəri ümumilikdə yeddinci dəfədir təşkil edilib.

 "7.Eğitimde Yeni Trendler İzmir Forumu 2023"  tədbirini Azərbaycan Maarifçilər Assosiasiyası Türkiyədəki təhsil tərəfdaşları olan "Academic Support" və "Aspendos Academy" ilə birlikdə həyata keçirib. Assosiasiya üzvləri arasından seçilmiş 22 maarifçi müəllim forumda Azərbaycanın müxtəlif bölgələrini təmsil ediblər. Foruma qatılan nümayəndə heyəti arasında Bakı ilə yanaşı Sumqayıt, Gəncə, Mingəçevir, Kəlbəcər, Saatlı, Xırdalan və Masazır məktəblərindən olan məktəb direktorları, dərs hissə müdirləri, müəllimlər və eyni zamanda Bakı Dövlət Univeristeti, Qərbi Kaspi Univeristetinin professorları da olub.

Forumun rəsmi açılışı İzmir Ekonomi Univeristetində baş tutub. Səfər zamanı iştirakçılar Universitet ilə tanış olub, təhsil müəssisəsi haqqında ətraflı məlumatlandırılıblar. Tanışlıq görüşündə Prof. Dr. İsmihan BAYRAMOĞLU, Fen, Doç. Dr. Evrim ÜSTÜNLÜOĞLU, Uluslararası İlişkiler Ofisi Müdürü Hülya İNCEKARA, Azərbaycanın Türkiyədəki Səfirinin İzmir təhsil müşaviri Cavid Əliyev iştirak edib.

Görüşün ikinci hissəsində forum iştirakçıları Ekonomi Univeristeti Rektor danışmanı Doç. Dr. Evrim ÜSTÜNLÜOĞLU tərəfindən “Tasarım odaklı düşünme ve problem çözme” adlı interaktiv təlimdə iştirak ediblər.

Növbəti təlim "Terapi Oyunu" psixoloji mərkəzində baş tutub. Mərkəzin qurucusu Emre Güzel tərəfindən iştirakçılar üçün "Farkındalık eğitimi" adlı çox maraqlı və faydalı psixoloji qrup seansı təşkil edib.

Forumun bağlanışı EGE universitetinin Eğitim fakültəsində keçirilib. İştirakçıları EGE Universiteti Rektor köməkçisi Prof. Dr. Mehmet ERSAN salamlayaraq universitet haqqında məlumat verib və Azərbaycan -Türkiyə münasibətləri haqqında danışıb. Ardından Eğitim Fakultəsi Dekanı Prof. Dr. Osman Ferda Beytekin iştirakçılara "Eğitimde yeni trendler ve STEM" adlı maraqlı və faydalı təlim keçib.

EGE universitetindən sonra iştirakçılar Alsancak Nevvar Salih İşgören Mesleki ve Teknik Anadolu Lisesi-ni ziyarət ediblər. Peşə məktəbinin direktoru Özer Toykar əvvəlcə Türkiyə orta və ümumtəhsil sistemi haqqında ətraflı məlumat verib. Ardından forum iştirakçılarını maraqlandıran sualları cavablandırıb. Daha sonra iştirakçılar üçün peşə məktəbinin tədris və peşə otaqları ilə tanışlıq turu keçirilib..

Foruma qatılan maarifçi müəllimlər İzmir Ekonomi, EGE Universiteti və "Terapi Oyunu" psixoloji mərkəzi tərəfindən beynəlxalq sertifikat əldə ediblər.

Səfər Azərbaycan Maarifçilər Assosiasiyasının AKİN - Akademik İnkişaf Proqramı çərçivəsində üzvlər üçün beynəlxalq təcrübə mübadiləsi məqsədi ilə  keçirilib.

IMG_0945.JPG

IMG_0855.JPG

IMG_1198.JPG