“Sabahın alimləri” XIII respublika müsabiqəsinə qeydiyyat davam edir | Təhsil Elanları
“Sabahın alimləri” XIII respublika müsabiqəsinə qeydiyyat davam edir
Bölmə:Xəbərlər 151 dəfə oxunub
21.11.2023

“Sabahın alimləri” XIII respublika müsabiqəsinə qeydiyyat davam edir. İştirak etmək istəyən şagirdlər 15 dekabradək https://sabahinalimleri.edu.az/ portalında qeydiyyatdan keçməlidirlər.

 Müsabiqə ABŞ-nin “Society for Science” təşkilatı tərəfindən təşkil olunan Beynəlxalq Elm və Mühəndislik Sərgisi (ISEF) çərçivəsində keçiriləcək. 

Müsabiqənin məqsədi ölkəmizdə fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdləri elmi axtarışlara sövq etmək, həmçinin 8 istiqamət (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarəolunması, mühəndislik, kompüter elmləri) üzrə elmi-tədqiqata marağı olan istedadlı şagirdləri aşkara çıxarmaqdır.

Müsabiqə ilə bağlı ətraflı məlumatı qeyd olunan linkdən əldə edə bilərsiniz: https://bit.ly/3MrX9hu