İsveçrədə təhsil təqaüd proqramı | Təhsil Elanları
İsveçrədə təhsil təqaüd proqramı
Bölmə:Xaricdə Təhsil 230 dəfə oxunub
30.10.2023

İsveçrənin Cenevrə Universiteti BMT-nin Cenevrə ofisi ilə tərəfdaşlıq çərçivəsində 2024–2025-ci tədris ilinin magistratura səviyyəsinə Avropa və beynəlxalq idarəçilik (MEIG) üzrə təqaüd proqramı elan edir.

Tam təqaüd proqramı təhsil haqqı və yaşayış xərclərini əhatə edir. Müsabiqədə iştirak etmək istəyən Azərbaycan vətəndaşları 15 noyabr 2023-cü il tarixinədək MEIG proqramının rəsmi internet səhifəsi üzərindən onlayn müraciət edə bilərlər.

Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz.