Təhsil tələbə krediti üçün müraciətlərin qəbulu davam edir | Təhsil Elanları
Təhsil tələbə krediti üçün müraciətlərin qəbulu davam edir
Bölmə:Xəbərlər 228 dəfə oxunub
25.10.2023

2023–2024-cü tədris ilinin payız semestri üçün təhsil tələbə krediti (TTK) üzrə qeydiyyat prosesi davam edir. 2-ci və daha yuxarı kurslarda təhsil alan tələbələr kredit üçün müraciət edə bilərlər.  

Tələbələr Təhsil Tələbə Krediti Fondunun 146 – 5 Çağrı Mərkəzinə zəng etməklə, eləcə də fondun www.e-ttkf.edu.az portalı, 051 206 78 48 “WhatsApp” nömrəsi və sosial şəbəkələrdəki səhifələri üzərindən müraciətlərini ünvanlaya bilərlər.

 

Qeyd edək ki, bu günədək ümumilikdə 24 931 tələbənin müraciəti rəsmiləşdirilib. Kredit ayrılmış 9 002 nəfər sosial, 15 929 nəfər isə standart TTK-dan yararlanıb.