Tərbiyəçi və loqoped vəzifəsi üzrə vakansiya seçimi | Təhsil Elanları
Tərbiyəçi və loqoped vəzifəsi üzrə vakansiya seçimi
Bölmə:İş Elanları 377 dəfə oxunub
19.10.2023

İnternat və internattipli təhsil müəssisələrinə tərbiyəçi, həmçinin loqoped vəzifələri üzrə işə qəbul üçün vakansiya seçiminə start verilir. Vakansiya seçimində iştirak etmək istəyən şəxslər aşağıdakı linkə daxil olaraq müraciət ünvanlaya bilərlər: https://forms.gle/ovVwBH2DJqFYrNW67

Vakansiya seçimi 23 oktyabr saat 11:00-dək davam edəcək.

Seçimlər zamanı müvafiq ixtisasa dair baza təhsili, iş stajı və müraciət etdiyi vakansiya üzrə faktiki yaşayış yeri uyğun olan namizədlərə üstünlük veriləcək. Namizədlər yuxarıda göstərilən linkə daxil olaraq müvafiq xanaları doldurduqdan sonra 1 vakant yer seçimi edə bilərlər.

Növbəti mərhələdə isə uyğun hesab edilən namizədlər üçün müsahibə təşkil olunacaq.


Qeyd edək ki, müsahibə zamanı namizədlərin müvafiq sahə üzrə bilik və bacarıqları yoxlanılacaq.