102 tələbəyə Prezident təqaüdü veriləcək | Təhsil Elanları
102 tələbəyə Prezident təqaüdü veriləcək
Bölmə:Xəbərlər 222 dəfə oxunub
18.10.2023

Ölkə Prezidenti cənab İlham Əliyev “2023–2024-cü tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” sərəncam imzalayıb.
 
Sərəncama əsasən 2023–2024-cü tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü veriləcək.