Dövlət İmtahan Mərkəzinin Beynəlxalq əməkdaşlıq şöbəsində şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edilib | Təhsil Elanları
Dövlət İmtahan Mərkəzinin Beynəlxalq əməkdaşlıq şöbəsində şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edilib
Bölmə:İş Elanları 152 dəfə oxunub
12.10.2023

Müraciət etmək istəyən namizədlər aşağıda göstərilən tələblərə uyğun olmalıdırlar

Struktur bölmə: Beynəlxalq əməkdaşlıq şöbəsi

Vəzifənin adı: Şöbə müdiri

Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə, humanitar və sosial, təhsil ixtisasları qrupları üzrə ali təhsil

İş stajına dair tələbi: vəzifənin qulluq funksiyalarını nəzərə alaraq 4 il iş stajı

Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, İnternet (yüksək səviyyədə)

Xarici dil biliklərinə dair tələblər: İngilis dili – C1, Rus dili – C1

Qulluq funksiyaları:

 

  • Şöbəyə həvalə olunmuş vəzifələrin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət edilməsi;

  • Şöbəyə müxtəlif yerli və xarici təşkilatlardan daxil olan, həmçinin beynəlxalq layihələrlə bağlı məktubların müvafiq qaydada icrasına nəzarət edilməsi;

  • Mərkəzin müvafiq sahəyə aid beynəlxalq layihələrə qoşulması və beynəlxalq təşkilatlarla əməkdaşlığı üzrə təkliflərin hazırlanması;

  • Beynəlxalq layihələrin həyata keçirilməsi istiqamətində əməkdaşlığın qurulması və genişləndirilməsi məqsədilə beynəlxalq təşkilatların nümayəndələri ilə danışıqlarda iştirak edilməsi;

  • Layihələrin həyata keçirilməsi ilə bağlı müxtəlif məzmun və xarakterli sənədlərin (müqavilələrin, sazişlərin, memorandumların və s.) hazırlanmasında və icrasına nəzarət prosesində iştirak edilməsi;

  • Müxtəlif hökumət qurumları və beynəlxalq təşkilatlar tərəfindən təqdim olunmuş sazişlərin, müqavilələrin, anlaşma memorandumlarının və digər sənəd layihələrinin təhlilinə və müvafiq rəylərin hazırlanmasına nəzarət edilməsi;

  • Mərkəzin fəaliyyəti ilə əlaqədar tədbirlərin (konfrans, seminar, iclas, görüş, təqdimat mərasimi, sərgi, rəsmi və işgüzar ziyafətlər və s.) təşkili və bu tədbirlərdə iştirak edilməsi;

  • Beynəlxalq imtahanları keçirən təşkilatlarla əlaqələrin qurulması, strateji hədəflərə uyğun əməkdaşlarla fəaliyyətin təkmilləşdirilməsi və davam etdirilməsi istiqamətində tədbirlərə nəzarət edilməsi;

  • Mərkəzin strateji fəaliyyət planının layihəsinin hazırlanması;

  • Şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərlə əlaqədar müxtəlif məzmunlu arayışların, statistik hesabatların hazırlanmasının təmin edilməsi;

  • Şöbənin fəaliyyətinə rəhbərliyin həyata keçirilməsi;

  • Mərkəzin keçirdiyi imtahan, müsahibə və tədbirlərdə iştirak edilməsi (zal nəzarətçisi, imtahan rəhbəri, Mərkəzin nümayəndəsi qismində və s.);

  • Rəhbərlik tərəfindən verilmiş tapşırıqların icra edilməsi.

 

Vakansiya üzrə müraciət etmək istəyən şəxslər verilən müraciət formasını mövzu bölməsində  “Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri” qeyd olunmaqla hr@dim.gov.az elektron poçt ünvanına 31 oktyabr 2023-cü il tarixinədək göndərə bilərlər.

Kadrlar uçotunun şəxsi vərəqəsindən fərqli formada göndərilən müraciətlərə baxılmayacaq.