Dövlət İmtahan Mərkəzinin Maliyyə şöbəsində böyük məsləhətçi vəzifəsi üzrə vakansiya elan edilib | Təhsil Elanları
Dövlət İmtahan Mərkəzinin Maliyyə şöbəsində böyük məsləhətçi vəzifəsi üzrə vakansiya elan edilib
Bölmə:İş Elanları 158 dəfə oxunub
11.10.2023

Müraciət etmək istəyən namizədlər aşağıda göstərilən tələblərə uyğun olmalıdırlar

Struktur bölmənin adı: Maliyyə şöbəsi, Büdcələmə və hesabatvermə sektoru.

Vəzifənin adı: böyük məsləhətçi.

Təhsilə dair tələb:   Maliyyə və iqtisadiyyat ixtisasları üzrə ali təhsil.

İş təcrübəsinə dair tələb: Maliyyə sahəsində 3 il iş təcrübəsi.

Qulluq funksiyaları:

 

  • Mərkəzin funlsional vahidləri üzrə illik gəlir və xərc proqnozların hazırlanması;

  • Proqnoz rəqəmlərin departament və mərkəz üzrə analizi;

  • Faktiki aylıq, rüblük və illik hesabatların hazırlanmasında iştirak;

  • Mərkəz üzrə gəlir və xərclərin büdcə ilə müqayisəli təhlili;

  • İmtahanlar üzrə gəlirlər və xərclərin proqnozunun icrası barədə məlumatların analizi;

  • Büdcədən kənarlaşma hallarını aşkara çıxarılması, əhəmiyyətli fərqlərin təhlil edib şöbə rəhbərinin məlumatlandırılması;

  • İllik pul hərəkəti barədə proqnozların hazırlanmasında iştirak;

  • İl ərzində pul hərəkəti hesabatının büdcə ilə müqayisəli təhlili;

  • Büdcə modelinin təkmilləşdirilməsi barədə təkliflər verilməsi;

  • Gəlir və Xərc mərkəzlərinin aylıq hesabat göstəricilərinin təhlili;

  • Spesifik dövlət qurumları hesabatların hazırlanması;

  • Vergi bəyannamələri, statistik hesabatların hazırlanması;

  • Vergi uçotu və beynəlxalq mühasibat uçot hesabatlığı üzrə rəqəmlərinə nəzarət;

  • Sektora daxil olan müraciətlərin araşdırılması və cavablandırılması;

  • Rəhbərlik, şöbə müdiri və sektor müdiri tərəfindən verilmiş tapşırıqların icra edilməsi;

  • Sahəsi üzrə hər il sənədlərin düzgün arxivləşməsi;

  • Sahəsi üzrə sənədlərin icrasının yoxlanılması.

 

Xarici dil biliklərinə dair tələblər: ingilis dili – B2.

Kompüter biliklərinə dair tələblər: Excel və 1C 8.2-3 bilikləri.

Xüsusi tələblər: Riyazi təfəkkür, analitik düşüncə bacarığı, komandada işləmək bacarığı, vergi qanunvericiliyi, ACCA, CFA, PMS sertifikatlı namizədlərə üstünlük veriləcək

Vakansiya üzrə müraciət etmək istəyən şəxslər müraciət formasını mövzu bölməsində “Maliyyə şöbəsi, Büdcələmə və hesabatvermə sektorunda böyük məsləhətçi” qeyd olunmaqla hr@dim.gov.az elektron poçt ünvanına 20 oktyabr 2023-cü il tarixinədək göndərə bilərlər.

Kadrlar uçotunun şəxsi vərəqəsindən fərqli formada göndərilən müraciətlərə baxılmayacaq.