Dövlət İmtahan Mərkəzi Baş Prokurorluq ilə birgə prokurorluq orqanlarında işləmək istəyən namizədlər üçün tеst imtаhаnı keçirəcək | Təhsil Elanları
Dövlət İmtahan Mərkəzi Baş Prokurorluq ilə birgə prokurorluq orqanlarında işləmək istəyən namizədlər üçün tеst imtаhаnı keçirəcək
Bölmə:İş Elanları 254 dəfə oxunub
09.10.2023

İmtahan oktyabrın 10-da iki növbədə DİM-in Abdulavahab Salamzadə, 28 ünvanında yerləşən binasında elektron qaydada təşkil olunacaq

Dövlət İmtahan Mərkəzi  Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə birgə 10 oktyabr 2023-cü il tarixində prokurorluq orqanlarında işə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək. 

İmtahanda iştirak etmək üçün 329 nəfər qeydiyyatdan keçib.

İmtahan kompüter vasitəsilə elektron qaydada DİM-in Bakı ş., Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 (8 Noyabr metrostansiyasının yanı) ünvanında yerləşən binasında 2 növbədə keçiriləcək.

İmtahan saat 10:00-da və 15:00-da başlayacaq. Namizədlərə imtahanı hansı vaxtda verməli olduqları haqqında məlumat DİM-in saytında imtahana yazıldıqdan sonra sistem tərəfindən bildiriş formasında avtomatik təqdim olunub. 

İmtahanda iştirak edəcək namizədlər buraxılış rejiminin vaxtında həyata keçirilməsi üçün imtahana 1 saat əvvəl gəlməli və şəxsiyyət vəsiqəsinin əslini təqdim etməlidirlər.

İmtahanın keçirilməsi qaydalarına dair məlumat “Yaddaş kitabçası”nda əks olunub. Namizədlərin “Yaddaş kitabçası” (yüklə) və test imtahanında kompüterdən istifadəyə dair Təlimatla (yüklə) tanış olmaları zəruridir.

Test tapşırıqlarının hazırlanmasında istifadə edilmiş qanunların və digər normativ hüquqi aktların siyahısı 1 sentyabr 2023-cü il tarixində Baş Prokurorluğun internet səhifəsində (www.genprosecutor.gov.az) yerləşdirilib.